Uşaqlarda piylənmə epidemiyasına qarşı mübarizə güclənir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 940
Səs ver:
(səs: 1)
Dünya Səhiyyə Təşkilatının uşaq piylənməsinin aradan qaldırılması üzrə komissiyası yekun məruzəsini təqdim edib.

Burada problemin miqyası və onun aradan qaldırılma yolları göstərilib.
Məruzədə hazırda 5 yaşınadək ən azı 41 milyon uşağın artıq çəkidən əziyyət çəkdiyi vurğulanır. Bu, gələcəkdə diabet və ürək-damar xəstəliklərinin inkişafı təhlükəsini yaradır.
Statistika göstərir ki, 1990-2014-cü illərdə inkişaf etməkdə olan ölkələrdə artıq çəkili uşaqların sayı iki dəfə (7,5 milyon əvəzinə 15,5 milyon) çoxalıb. 2014-cü ildə tosqun uşaqların yarısı Asiya, 25 faizi isə Afrika dövlətlərinin əhalisinə aid olub.
Komissiya üzvlərinin fikrincə, fiziki fəallığın olmaması, qida rasionunda yağ, şəkər və duzun çoxluğu uşaqlarda piylənmənin yayılmasında əsas faktorlardır.
Komissiyanın həmsədri Piter Qlakmen bildirib ki, hər bir dövlət uşaq piylənməsi problemini nəzarətə götürməli, müntəzəm olaraq onun aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirməlidir. Komissiyanın əsas tövsiyələrindən biri uşaqlar arasında sağlam qidalanmaya dair kompleks proqramın həyata keçirilməsidir. Bu məqsədi qarşısına qoyan dövlətlər müxtəlif strategiyalardan istifadə edə bilər. Məsələn, tərkibində az miqdarda şəkər olan ərzaq məhsulları istehsal edən firmalar üçün vergini azaltmaq olar. Uşaq təhsil müəssisələrində bədən tərbiyəsinə ayrılan dərs saatlarını artırmaqla sağlam həyat tərzini təbliğ etmək də yerinə düşərdi.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri