Kələmi çox yemək hansı xəstəliyə səbəb olur?

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 10 350
Səs ver:
(səs: 2)
Dünyanın nüfuzlu həkimləri insan sağlamlığı üçün ən faydalı 3 tərəvəzdən birinin kələm olduğunu bildirirlər.
 
İstər kələm dolması yeyin, istər kələmli salat, istərsə də, kələm turşusu… Kələmdən hazırlanan hər yemək orqanizm üçün faydalıdır. Araşdırmalar ağ kələmin xərçəngdən ürək xəstəliklərinə, öskürəkdən immunitet sistemini gücləndirməyə və mədə xəstəliklərinə kimi bir çox problemin həllində effektli olduğunu göstərib.
 
Ağ kələm ət və süd məhsullarındakı qida dəyərinə sahib olduğu üçün vegetarian qidalanma tərzinə də uyğundur. Kələm lif və su sayəsində toxluq hissi yaradır və arıqlamağa kömək edir. Antioksidantlarla zəngin olan bu faydalı tərəvəzin 100 qramı sadəcə 25 kaloridir. Həm də qəbul edilən yağ və xolesterinin bağırsaqlardan asanlıqla atılmasını təmin edir.
 
Kələmin faydaları bununla da bitmir. Ağ kələm detoks effekti verərək orqanizmi bütün zərərli maddələrdən təmizləyir.
 
Ancaq ağ kələmdən həddən artıq istifadə etmək məsləhət deyil. Çünki həddən artıq kələm yemək zob xəstəliyinə səbəb ola bilər. Həftədə iki dəfə kələm yesəniz, kifayətdir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 10 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri