Sağlam yumurta sarısı hansı rәngdә olmalıdır?

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2 589
Səs ver:
(səs: 2)
Yumurtanı bişirmәk üçün qırdığınız zaman onun sarısının hansı rәngdә olduğuna diqqәt edin. Bir çoxları bu haqda bilmir vә fikir vermirlәr. Ancaq yumurta sarısı әslindә sarı rәngdә olmamalıdır.
Yumurta sarısının rәngi onu yumurtlayan toyuğun sağlamlığı haqqında çox deyә bilәr. Yumurta sarısının rәngi onu yumurtlayan toyuğun sağlamlığı haqqında çox deyә bilәr. Mağazalardan alınan yumurtaların sarısı isә tәәssüf ki, hәr zaman ideal rәngdә olmur.
Yumurta haqqında düşündükdә ilk ağla gәlәn hәyәtdә sәrbәst şәkildә gәzәn vә yediyi buğdadan әlavә otların arasında yemәk üçün qida axtaran toyuqlar olur. Ancaq tәәssüf ki, mağazada satılan yumurtaların әksәriyyәtini böyük hindә qapalı vәziyyәtdә saxlanılan, günәşi çox az görәn vә tәmiz havada olmayan toyuqlar yumurtlayır.
Әgәr toyuğun hansı şәrtlәrdә saxlandığını bilmәk istәyirsinizsә, yumurtanın sarısına diqqәt yetirin.
 
Şәkildәki yumurtalardan hansı daha cәlbedici gәlir? 
 
 
Әgәr әrzaq mağazalarından yumurta alırsınızsa, onda yәqin ki, әksәr hallarda şәkildә mәrkәzdә yerlәşәn yumurta sarısı ilә rastlaşırsınız. Çünki mağazada satılan yumurtaların çoxu solğun sarı rәngdә olur. Bu o demәkdir ki, onu yumurtlayan toyuq ancaq süni yem yeyib vә daim oturaq vәziyyәtdә olub.
İnanılması çәtin olsa da, әslindә әn ideal yumurta sarısı tünd narıncı rәngdә olandır. Şәkildә soldakı yumurta kimi...
 
 
Әgәr yumurta sarısı mәhs bu rәngdәdirsә, böyük ehtimalla, onu hәyәtdә sәrbәst şәkildә gәzәn toyuq yumurtlayıb. ENC mәrkәzinin sağlam qidalanma proqlamları üzrә rәhbәri Hilari Tesmarın fikrincә, hәyәtdә sәrbәst gәzәn toyuqlar daha çox piqmentli mәhsullar yeyir ki, bu da yumurtanın sarısında әks olunur.
 
Toyuğun nә ilә qidalandığı nәyә görә önәmlidir?
Әn azından ona görә ki, bu, yumurtanın qida dәyәrinә birbaşa tәsir göstәrir.
Rәngindәn asılı olmayaraq yumurtaların hamısı demәk olar ki hәr zaman eyni miqdarda zülal vә yağ tәrkibinә malik olur. Lakin tünd rәngdә yumurta sarısı yumurtada yetәrli miqdarda ksantofillәr vә Omega­3 yağlarının olduğunun göstәricisidir. Ksantofillәr hәmçinin ispanaq, kәlәm, kabaçki vә brokolinin tәrkibindә mövcuddur. Omega­3­ün insan orqanizminә faydaları isә hamıya mәlumdur.
Bundan әlavә Pensilvaniya Universitetinin mütәxәssislәri tәrәfindәn aparılan araşdırmalar göstәrib ki, tünd rәngdә sarısı olan yumurtalar daha çox A, D vә E vitaminlәri, hәmçinin çox miqdarda beta­karoten tәrkibinә malikdir.
Belәliklә, әgәr yumurtanın tәrkibindә bu maddәlәr yoxdursa vә ya azdırsa (necә ki, açıq, solğun rәng buna sübutdur), o zaman hәmin yumurtanı yemәyin elә bir әhәmiyyәti yoxdur, çünki onun orqanizmә faydası olmayacaq.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri