Düzgün qidalanma: Dəri, bədən quruluşu, əhval-ruhiyyə və immunitet üçün

Şərhlər: 4
Baxılıb: 2 277
Səs ver:
(səs: 1)
Heç vaxt inanmayın ki, qadın yaxşı görüntü naminə istər gözəlliyindən, istərsə də, bədən formasından qurban verməlidir. Amma, əslində, zərif siluet və möhkəm dəri arasında balans yaratmaq asandır. Sadəcə qida rasionunuzda müəyyən nüanslara diqqət etməyiniz yetərlidir. Bəs buna necə nail olmaq olar? İstər dəri, istər bədən, istər forma, istərsə əhval-ruhiyyə, immunitet sistemi və bu kimi xüsusiyyətlərə görə, düzgün qidalanmaq şərtdir. Biz də, sizə bu nüanslara görə düzgün qidalanmağın əhəmiyyətini daha ətraflı araşdırdıq və təqdim edirik.

Çəki itirmək üçün sağlam qidalanmaq və pəhriz tamamilə ayrı-ayrı anlayışlardır. Bundan əlavə, pəhriz müddətində əzələ kütləsi azala bilər, dəri pisləşməsi baş verə və ümumi bədəndə balanssızlıq yarana bilər. Enerjini, gəncliyi və düzgün qaməti bir arada saxlamaq üçün sizə qidalanmaq vacibdir. Amma həmişə bu yetərli olmur. Hər şeyi zövq və ağılla etmək daha düzgündür. Bu, bütün orqanlar arasında uyğunluq yaratmağın əsasını təşkil edir. 

Dəri üçün
Sinki unutmaq olmaz. O bizim hüceyrələr tərəfindən istehsal olunan güclü antioksidantdır, hormonlar və qan şəkər səviyyəsini tənzimləyir. Sink immun sistemini gücləndirir, dəri və kollagen sintezinin yenilənməsində böyük rol oynayır. Bədəndə bu qiymətli elementin çatışmazlığı yaşlanma prosesini sürətləndirir. Təəssüf ki, sink stressə qarşı çox həssasdır. Bu hal sizdə baş verdikdə dəridə müəyyən problemlər yaranmağa başlayacaq.

Sinki hardan tapmaq olar? 
İstiridyə - dünyada sink tərkibinə görə, çempiondur. Siz sinki daha çox balqabağın tumlarından qazana bilərsiniz. Həmçinin qoz-fındıq, paxlalılar, taxıl, qırmızı ət, pendir, yumurta, dəniz məhsulları, çuğundur, moruq və firəng üzümü də, sinklə zəngindir. C vitaminindən istifadə edin. O əsas gənclik vitaminlərindən biridir. Nə kimi təsiri olur? C vitamini dərimizi toksinlərdən, zərərli maddələrdən və mikroblardan azad edir. 

C vitaminini hardan tapmaq olar?
Qara qarağat, şirin bibər, sitrus meyvələri, kivi, təzə tərəvəz kimi qidaların tərkibində C vitamini bol miqdardadır. Təbii ki, bütün bunlar çiy yeyilməlidir. Və çox yeməkdən qorxmayın. C vitamini artıq olmur. 

Bədən quruluşu üçün
Kalsium və D vitaminini birləşdirin. Bu tandem sizə təkcə güclü sümüklər deyil, həm də, möhkəm dişlər, yaxşı dırnaqlar və gözəl bədən forması vəd edir. Kalsium maddələr mübadiləsini və yağların əriməsini sürətləndirir. Buna görə də, D vitamininin köməyi olmadan o yaxşı mənimsənmir və sürətlə də, bədəndən ifraz olunur. "Dost”ları ilə yanaşı, kalsiumun "düşmən”ləri də var. Bunlar oksalik turşusu və aspirindir.

Kalsium və D vitaminini hardan tapmaq olar?
İlk növbədə süd məhsullarından, tərəvəzlərdən, yumurtadan, pendirdən və krevetkadan almaq olar. D vitaminini isə  yağ, yumurta sarısı, balıq yağından qazana bilərsiniz. Və günəşdə bol-bol gəzin. Amma zövq alaraq və vitamini qaydasında alaraq bunu etsəniz daha faydalı olar. 

Əhval-ruhiyyə və immunitetin müdafiəsi üçün
Omeqa turşularına diqqət edin. Onların sinirləri sakitləşdirmək, əzələ kütləsini artırmaq, dəri keyfiyyətini yaxşılaşdırmaq, iltihabla mübarizə, onun parçalanması, tənzimlənməsi, yağ toplanmasına mane olmaq və beynin funksiyalarını yaxşılaşdırmaq kimi xüsusiyyətləri var. Və əlbəttə ki, gəncləşməyə kömək edir.

Omeqa turşularını hardan tapmaq olar?
Balıq yağı, dəniz məhsulları, şimal dənizlərinin balıqları -  qızıl, somon, sardina, tuna, hamsi kimi balıqlar (mükəmməl Omega-3 və Omeqa-6 ilə zəngindirlər) Omeqa turşuları ilə zəngindir. Gündə bu qidaları rasionda 2 dəfə istifadə etmək faydalıdır. Porsiyanı isə özünüz təyin edə bilərsiniz. Əmin olun ki, rasionunuza bu qidaları əlavə etsəniz sizin üçün heç də pis olmayacaq.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 277
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri