Bakteriyalar
otaq istiliyində, 20 dəqiqə içində asanlıqla çoxala bilir. Fərqində
olmadan bədənimizə daxil olan bu bakteriyalar qusma, ishal, qızdırma və
hətta daha da pis nəticələrə gətirib çıxara bilir.
Dondurulmuş
və yaxşı bişirilmiş yeməklər əslində etibarlıdır. Amma... Xəstəliyə
səbəb ola biləcək halları da istisna etmək olmaz. Belə bir təhlükədən
uzaq olmaq istəyirsinizsə, bu məsləhətlərinə əməl edin.
Qalan şorbalar və qızartmalar
Dünəndən qalmış yeməklərdə xəstəliklərə səbəb olan zərərli sporlar yarana bilir.
Kartof, ton balığı, yumurta salatı
Stafilokok
kimi bakteriyalar pikniklərin, açıq bufetlərin əvəzedilməzi olan nəmli,
əl dəyən yeməklərdə inkişaf etməyi sevirlər. Buna görə təzə görünməyən,
otaq istiliyində qalan salatlardan uzaq durun.
Hamburger
Tək
bir tikə ət işlənmə prosesində kirləndiyində əsasən xarici səthi
kirlənir, bu hissə də bakteriyaların ölə biləcəyi istilikdə bişirilir.
Ancaq qiymədən hazırlanan burgerlərə gəlincə, artıq burda vəziyyət
dəyişir. Çünki qiymədə fərqli heyvanların əti olur, səthi bakteriyalar
burgerin az bişən qismlərində məhv olmadan paylanırlar.
Yeyə
biləcəyiniz ən etibarlı burgerlər fast food mərkəzlərində yediyinizdir.
Çünki bu restoranlarda qida qaynaqlı xəstəlikləri minimima endirmək
adına sistemlər istifadə edilir.
Restoranlardan sifariş edilmiş qidalar
Yeyənə
qədər çox əl dəyərsə və restorandakı hazırlanma prosesi nə qədər
qarışıqdırsa, qida qaynaqlı xəstəliklərin yaranma ehtimalı o qədər
çoxdur.
Pastorizə edilməmiş süd məhsulları
Heyvanın,
ya da ətrafın südü kirlədə biləcəyi bir çox ehtimal var. Unutmayın,
pastorizə süddəki bakteriyaları öldürür, ancaq çiy süd və pendir bu
mərhələdən keçmədiyi üçün təhlükəlidir.
Deşilmiş və şişmiş konserv qablarındakı yeməklər
Bu yeməklər botulizmə səbəb olan klostridium botulinum bakteriyasının iki işarəsidir.
Sobada folqada qızardılmış kartof
Folqa
qabda qızardılmış kartofu sobadan çıxartdıqdan ən az iki saat içində
soyuducuya qoymasanız, hava keçirməyən folqanın içində soyuması ciddi
şəkildə xəstələnmənizə səbəb ola biləcək botulizm riski yaradır.
Çiy pomidor
Pomidorlar
tarlalardan toplandıqdan sonra ölçülərinə və rənglərinə görə seçilir,
su tanklarına qoyulur. Və əgər bu su tankları kirlidirsə, pomidorlar
suyu çəkər və nəhayətində bakteriyalarla dolarlar. Bakteriya inkişafını
minimuma endirmək üçün pomidorları kəsdikdən sonra bir neçə saat
soyuducuda saxlamalısınız.
Artıq qalmış düyü
Dünəndən
qalan plovda düyü tarlalarından gələn və bişdikdən sonra belə həyatda
qala bilən toksik törədicisi Basilus cereus bakteriyaları olur.
Yemiş
Bakteriyalar
bir oturumda yeyilib bitən yemiş kimi qidaları çox sevirlər. Yemişi
kəsmək, toxumlarını təmizləmək, doğramaq və saxlamaq lazımdır.
Çiy kahı
Yerə
yaxın, kirin və qumun yarpaqlar arasında toplana biləcəyi şəkildə
böyüyən kahı süfrəyə gedənədək bir çox bakteriyanı özündə toplayır.
Bakteriyalar kahının çürük qisimlərinə yığılıb yuyulduqdan sonra belə,
həyatda qalırlar.
Təzə cəfəri və keşniş
Kiçik yarpaqlar düzgün yuyulmağı tələb edir.
Pastorizə edilməmiş meyvə suları
Bir
ədəd meyvə suyunda bir neçə min alma ola bilər. Əgər bunlardan iki, ya
üçü kirlənmiş olarsa, kiçik problemi böyüdür və xəstəliklərə yol açır.
Hazır ətlər və nə zamandan qaldığı məlum olmayan pendirlər
Bunları
yemədən əvvəl bir neçə həftə soyuducuda saxlayın. Yoxsa az istilikdə
belə, həyatda qala bilən bakteriyalardan dolayı yüksək qızdırma, ishal
və əzələ ağrıları ilə mübarizə aparmalı olacaqsınız.
Az bişmiş toyuq
Salmonella
kimi səthi bakteriyalar toyuq ətinin içinə də girə bilir. Toyuğu uyğun
istilikdə bişirərək bakteriyaları yox edə bilərsiniz.
Pastorizə olunmayan yumurta
Salmonella
bakteriyaları toyuğun yumurtalıqlarına yoluxaraq yumurtalara keçə
bilir. Buna görə bakteriyaların ölmələrinə yetəcək qədər istiliyə məruz
qalan pastorizə yumurtalar ən etibarlısıdır.
Peçenye xəmiri
Xəmir
üçün pastorizə yumurta istifadə edilsə belə, xəmirinizdəki un
bakteriyaya yoluxa bilir. Bakteriyalar nəmi və istiliyi sevdiyi üçün
kirlənmiş unu əridilmiş yağ kimi ilıq mayelərlə qarışdırdığınızda
bakteriyaların sayı artır.
Çiy çərəzlər
Ağacda
yetişən quru çərəzlərin qabığı heyvanların və torpağın bakteriyalarla
kirlədə biləcəkləri yerə düşdüklərində yığılırlar. Qabığı qırmaq isə
bakteriyanın toxuma keçidi üçün əla fürsətdir.
Çiy dəniz məhsulları
Qida
mütəxəssisləri suşi yeməyi məsləhət görmürlər, çünki kirlənmiş sudan
gələn hər hansı bir balıq bakteriyalarla dolu ola bilir. Yəni çiy dəniz
məhsullarının gəldikləri suların artıqlarını daşıma ehtimalı daha
yüksəkdir.