Dərinin cavanlığını qorumaq istəyirsinizsə, bunları yeyin!

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 592
Səs ver:
(səs: 1)
Dərimizin elastikliyini və cavanlığını "kollagen" adlı xüsusi zülal təmin edir. Bu zülal dərinin tərkibinə daxildir.
Kollagen lifləri dəridə xüsusi karkas yaradır ki, dərimiz bu karkasa sanki dartılmış olur. İnsan yaşa dolduqca orqanizmdə kollagenin sintezi azalır, dağılması isə tezləşir. Məhz bu səbəbdən dəri tədriclə elastikliyini itirməyə, sallanmağa başlayır, qırışlarla örtülür.

Həkimlər orqanizmdə kollagenin sintezini stimullaşdırmaq üçün qidalanmaya bu kimi məhsulları daxil etməyi tövsiyə edirlər:
- yarmalar (qarabaşq, yulaf yarması), paxlalılar (noxud, lobya, mərci və s.), dəniz ilbizi, mollyusk. Bunların tərkibində mis mineralı var ki, bu mineral kollagenin sintezində iştirak edir.
 
- sitrus meyvələri (kivi, portağal, limon), qara qarağat, itburnu. Bu məhsullar C vitamini ilə zəngir. Onun defisiti zamanı kollagenin sintezi ləngiyir.
 
- yumurtanın sarısı kükürdlə zəngindir. Kükürd dərimiz üçün ən vacib minerallardan biridir.
 
- cücərdilmiş buğda, pivə mayası. Bu məhsulların tərkibində çox vacib sink mineralı var.

- çuğundur, qırmızı bibər dəri üçün vacib olan kremniumla zəngindir.
 
- qızılbalıq və s. yağlı balıq növləri. Omeqa-3, -6 və -9 maddələrlə zəngin olan balıq dəridə bərpa prosesləri stimullaşdırır, kollagenin sintezinin artmasına kömək edir.
 
- ət, qaraciyər orqanizmi zülallarla təmin edir. Zülalların defisiti dərinin daha tez qocalmasına səbəb olur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 592
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri