Qabığı özündən faydalı meyvə: sağlam olmaq üçün hər gün birini yeyin

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 2 297
Səs ver:
(səs: 0)
Armud mövsümündə yeyildikdə sağlamlığımız üçün inanılmaz faydalar verir. Ailem.az armudun saymaqla bitməyən faydalarını təqdim edir.
Armud qabıqları soyulmadan yeyilməsi lazım olan meyvələrdəndir. Aparılan araşdırmalara görə, armud qabığı ətli qismlərə nisbətən 3-4 qat daha çox qidalandırıcı və faydalı maddələrə sahibdir.

Qabığında bol lif var
Armud qabığında bolluca lif olduğuna görə həzmə yaxşı təsir edir.

İltihabın qarşısını alır
Armud qabığının iltihaba qarşı xüsusiyyətləri var. Yeməklərin içərisinə armud qabığı əlavə edərək orqanizmin iltihablanmasının qarşısını ala bilər, bədəninizdə olan iltihabı ata bilərsiniz.

C vitamini qaynağıdır
C vitamininin bədənimiz üçün nə qədər önəmli olduğunu bilirsiniz. Armudun tərkibində yüksək miqdarda C vitamini var. Bu halda da armud yaraları sağaldan özəlliyi və həzm sistemini güclü tutması ilə tanınır.

Qanın laxtalanmasının qarşısını alır
Tərkibində bol miqdarda K vitamini olan armud qanın laxtalanmasına əngəl olur. K vitamini adətən qanın laxtalanmasına qarşı olan bir vitamindir. Eyni zamanda K vitaminini vücudumuzdakı proteinləri hərəkətə keçirmək üçün istifadə edirik.

Sümüklərə kömək edir
Armud tərkibindəki yüksək miqdarda K vitamini sayəsində həm sümük inkişafına yardımçı olur, həm də diş və diş əti xəstəliklərinin inkişafına mane olur.

Antioksidant mənbəyi
Armudda olan antioksidant tərkiblər, xərçəngin qarşısını almaq, erkən yaşlanma ehtimalını azaltmaq, dəri sağlamlığını qorumaq və eyni zamanda beynin gücünü və fəaliyyətini artırmağa kömək edir.

Ürəyin dostudur
Armud ürək və damar sağlığı üçün son dərəcə yararlı bir meyvədir.

Mədə qıcqırmasına faydalıdır
Həzmi normallaşdıran armud mədə qıcqırmasına qarşı təsirlidir. Qastrit şikayətlərinə də şəfa olduğu isbatlanıb.

Soyuqdəyməyə kömək edir
Xüsusilə qışda armuddan bolluca istifadə edərək qrip və soyuqdəymədən qoruna bilərsiniz.

Damar tıxanıqlığına faydalıdır
Armudun damar tıxanıqlığı olan xəstələrdə damar açıcı təsiri olduğu deyilir.
Gündə bir ədəd armud yeyərək orqanizminizə kömək etmiş olursunuz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 297
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri