Kamfora ağacının tibbi faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 4 764
Səs ver:
(səs: 0)
Kamfora ağacı Uzaq şərqi Asiya ölkələrində yetişir və gövdəsindəki yağ hüceyrələri hava ilə təmas əsnasında kristallaşır. Daha sonra budaq və gövdə yarıqlarda su buxarı damcılama üsulu ilə kamfora əldə edilir.

Yapon bitki tibbində əsrlər boyu istifadə edilən bu möcüzə qida; Rəngsiz, şəffaf və duz konsistensiyalıdır. Qoxusu kəskin və acı bir dadı var. İş görüldükdən sonra mütəxəssis nəzarətində istifadə edilir. Sellüloid sənayesində foto kağızı, film lenti, bilyard topu, daraq kimi vasitələrin istehsalında xam maddə olaraq istifadə edilir. Eləcə də sabun sənayesinin xam maddəsidir.

KAMFORANIN FAYDALARI

Həddindən artıq tərləmə, hərarət və zəhərlənmələrə müsbət təsiri vardır.

Saç tökülməsinə qarşı birə-bir təsiri olan kamforanı spirt ilə qarışdıraraq saça işlətdikdə saç kökünü qüvvətləndirməylə yanaşı, kəpək problemlərinə də yaxşı gəlir.

Göz iltihablanmasında bir pambıq köməyiylə gözü dezinfeksiya edir.

Sirkəyə qarışdırıb iylədikdə burun qan sızmasını dayanır. Eyni qarışığa bal əlavə edərək ağızda qarqara edildikdə ağız içi infeksiya və iltihabın qarşısını alır.

Anti enflamatuar təsirə malik olan kamfora yağı oynaq, bel və baş ağrılarını kəsmədə təsirli bir təbii dərmandır. Sakitləşdirici xüsusiyyəti sayəsində qısa müddətdə yaşanan ağrıları dindirir. Xüsusən zeytun yağı ilə qarışdırıb 30 dəqiqə ərzində masaj edərək istifadə edildikdə qulunç və bel ağrıları azaldır.

Böcək sancmaları və sancının təsirini azaltmaq və dezinfeksiya etmək üçün kamfora yağı istifadə edilir.

Açıq yaraya sürüləndə laxtalanmanı dayandıraraq və eyni zamanda sağalmağı sürətləndirir.

Ekzema və qaşıntı bölgəsinə kamfora yağına su qarışdıraraq sürüləndə müsbət təsir edir. Bununla yanaşı, akne və sızanaqları azaltmaq üçündə bu qarışığı tonika olaraq istifadə edə bilərsiz.

Çatlaq daban müalicəsində təsirli olan təbii dərmandır. Bir su qabına ilıq su doldurub içərisinə bir stəkan kamfora yağı əlavə edin. Daha sonra ayaqlarınızı bu suya batırıb daban fırçası ilə ayaqlarınızı yuyun. Tətbiqdən sonra ayaqlarınızı yaxalayıb vazelin sürün.

Kamfora qoxlanaraq, ya da çayı dəmlənərək yuxu probleminə də yaxşı gəlir.

XƏBƏRDARLIQ:

Kamfora çox istifadə etdikdə böyrək daşına səbəb ola bilər. Sadə heç vaxt istifadə edilməz. Yandırıcı xüsusiyyəti olduğundan ciddi problemlərə səbəb ola bilər. Adətən bal və su əlavə olunaraq istifadə edilir. Çox istifadə edildikdə, baş dönməsinə, unutqanlığa, balanssız bədən hərəkətlərinə və titrəmə kimi əlamətlərlə özünü göstərir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri