Nar şirəsinin saymaqla bitməyən FAYDALARI

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 912
Səs ver:
(səs: 0)
Yetişdiyi məkandan asılı olmayaraq nar cənnət meyvəsi, ağacı həyat ağacı, şirəsi isə sevgi içkisi adlandırılır.

Növündən asılı olaraq, nar şirin və turş olur. Meyvəyə turş dad verən onun şirəsindəki limon turşusudur. Onun tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlər, boyayıcı maddələr, makro və mikroelementlərlə zəngindir. Qədim zamanlarda şərqdə nar "meyvələrin şahı" sayılırdı.

Narın ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilsə də, onun vətəni İran hesab edilir. Onu elmi təbabətə ilk dəfə hind həkimləri gətiriblər.

Nar şirəsi yüksək vitaminli içki kimi yorğunluq, qanazlığı, bronxial astma, angina, şüalanma, sınqa xəstəliyi zamanı içilir. Bərpaedici vasitə kimi yoluxucu xəstəliklərdən, operativ müdaxilələrdən, mədə-bağırsaq pozuntularından sonra qəbul edilməsi də çox faydalıdır. Nar iştahanı yaxşılaşdırır, sidik turşulu diatezin, başağrılarının, hipertoniyanın müalicəsində istifadə edilir. Sinir sisteminin möhkəmlənməsi və oyanıqlığı azaltmaq üçün meyvənin pərdəli arakəsmələri qurudularaq çay kimi dəmlənilib içilir.

Nar şirəsini su və kök şirəsi ilə qarışdıraraq qəbul etmək məsləhət görülür. Ürək-damar sistemi üçün çox faydalı olan bu içki immun sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir.

Gündəlik nar şirəsi içmək və ya meyvəsini yemək mədə-bağırsaq, həzm sistemi, ürək çatışmazlığı, revmatizm və şəkər xəstəliyi zamanı faydalıdır. Diabetdən əziyyət çəkənlərin isə gülöyşə və mələs kimi turşməzə nar növlərindən istifadə etməsi məsləhət görülür.

Boğaz və ağciyər üçün çox faydalı olan nar öskürəyi kəsmək qabiliyyətinə malikdir. Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumu balla qarışdırılaraq həmin nahiyəyə tətbiq edilir. Meyvənin suyu bağırsaqları yumşaldır.

Nar şirəsi damarlarda aterosklerozun inkişafını zəiflədir. Meyvənin tərkibi qan dövranını gücləndirən antioksidantlarla çox zəngindir. Prostat vəzi xərçənginin yaranma riskini azaldır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 912
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Army_Blink
Nariçox sevirem. Payizda hemiwe yeyirem. Maraqli melumatlardi. Tewekkürler.
21 fevral 2020 20:45
5
Offline
Lusi
Yazıq canım 4 aydı dayanmadan hər 2 gündən bir turs nar soku içirəm. Qan laxtlanmasına xeir edir deyə.
17 fevral 2020 21:14
4
Offline
tatyana
Narın özünü yemeyi sevirem, amma şiresini sevmirem
17 fevral 2020 11:17
3
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
fiyonik
Payızda mənim vazkeçilməzimdi. nar və nar şirəsi. Qana faydası olduğunu daha əzbərləmişəm. Nar gözəl meyvədir. Faydası da çoxdur. Məlumat üçün də təşəkkürlər!
16 fevral 2020 21:59
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
BARBI
Nar cox faydali meyvedi.Siresini sevirem.Oskurek ucun effektlidi
16 fevral 2020 21:00
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri