Mərcinin bilmədiyiniz faydaları

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 3 682
Səs ver:
(səs: 3)
Mərci ən çox sevilən qidalardan biridir. Qış aylarında ondan hazırlanan şorba və yeməklər qripə, soyuqlamaya qarşı faydalıdır.
               
Türkiyəli həkim Ayça Kaya mərcinin faydalarından danışıb:
 
Doktor Ayça Kayanın sözlərinə görə, yaşıl və qırmızı mərci daha faydalı hesab olunur:
 
"Mərcinin bu iki növü zülalla zəngindir. Bu qidalar maddələr mübadiləsinin sürətini artırır. Bu da arıqlamağa kömək edir”.
 
Həkim mərcinin orqanizm üçün yararlı karbohidratlar ehtiva etdiyini söyləyir:
 
 "Karbohidratla zəngin olan mərci orqanizmi keyfiyyətli şəkərlə təmin edir. Kalorisi az olsa da, orqanizmin ehtiyacı olan bir çox vitamin və mineralı ödəyir. Pəhriz saxlayan insanlarda müşahidə edilən halsızlıq, yorğunluq kimi əlamətləri aradan qaldırır. Bunun üçün salatlara 2 xörək qaşığı suda bişirilmiş  yaşıl mərci əlavə etmək kifayətdir”.
 
Ayça Kaya liflə zəngin olan bu qidanın həzm sisteminə yaxşı təsir etdiyini vurğulayır:
 
"Mərci ən keyfiyyətli lif mənbələrindən biridir. Lifli qidalar daha tez doymağa səbəb olduğu üçün arıqladır, həm də həzm sisteminin işini asanlaşdırır. Mərci bağırsaqlar üçün çox faydalıdır”.
 
Həkim mərcinin, xüsusilə də, qadınlar üçün çox faydalı olduğunu qeyd edir:
 
"Qadınlar mərcini gündəlik qida menyularına əlavə etməlidir. Ələxüsus, klimaks dövrünü yaşayanlar mərci yesinlər. Çünki o, klimaksın əlamətlərini aradan qaldırır. Həmçinin, döş və yumurtalıq xərçəngindən qoruyur”.  
 
Mərcinin təsirini artırmaq üçün onu müəyyən qidalarla birlikdə yemək məsləhət görülür:
 
"Mərci dəmirlə zəngindir. Onu yumurta və ya ətlə birlikdə yemək məsləhətdir. Mərcili yeməkləri limonla yemək lazımdır”.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 3 682
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri