Arıqlamaq istəyənlərin ən yaxşı dostu: qara mərcinin faydaları

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 5 014
Səs ver:
(səs: 1)
Mərcinin sağlamlığımızın ən yaxşı dostu olduğundan xəbərdarıq. Zülalla və liflə zəngin sarı, qırmızı, yaşıl mərci qida rasionumuzda geniş yer tutur. Ancaq mütəxəssislər qara mərcinin daha faydalı olduğunu bildirirlər.

Digər mərci növlərindən daha kiçik və sərt olması ilə fərqlənən bu mərci növü ilk baxışdan qara kürüyə bənzəyir. Hətta bu bənzərliyə görə çoxları onu "belyuqa mərcisi” adlandırır.

Qara mərci, əsasən, supermarketlərdə satılır və ən çox lif ehtiva edən qidalardan sayılır. 120 qram qara mərci yemək yetkin bir insanın gündəlik lif ehtiyacını ödəyir. Qara mərcinin tərkibində də "antosiyanin” maddəsi var. Antosiyanin hüceyrələri qoruyan və xərçəng ehtimalını azaldan effektli maddələrdən biridir. Odur ki, qara mərci xərçəngin qarşısını alan və xərçəng hüceyrələrinin inkişafını dayandıran ən güclü qidalardan biri hesab olunur. Qara mərci həm də güclü antioksidantlar ehtiva edir. Ürək xəstəliklərinin də qarşısını almağa qadir olan qara mərcinin faydalı xüsusiyyətləri bunlarla məhdudlaşmır.

Qara mərci müxtəlif vitamin və minerallarla yanaşı, dəmir, fosfor və fol turşuları ehtiva edir. Arıqlamaq arzusunda olanlar, pəhriz saxlayanlar üçün də uyğundur. Belə ki, 100 qram qara mərci sadəcə 360 kaloridir. Üstəlik, 27 qram zülal və 9 mq dəmir ehtiva etdiyi üçün maddələr mübadiləsini sürətləndirir, iştahanı azaldır.

Bəs bu faydalı qidadan necə yararlanmaq olar?
Qara mərcini 15‐20 dəqiqə bişirmək kifayətdir. Ondan şorba, plov bişirmək, salat hazırlamaq, hətta qızılbalığın və qırmızı ətin yanında qarnir kimi də vermək olar.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 5 014
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri