Pəhriz
dostu hesab olunan ananasın bir çox faydaları var. Ananas suyu
bədəndəki yağı təsirli bir şəkildə əridə bilir. Kalori baxımından aşağı,
lif baxımından isə zəngin olduğu bildirilən bu meyvənin, qan şəkəri
səviyyəsini nizamlaması və insanı tox tutulması baxımından
əhəmiyyətlidir. Həmçinin ananasın yemək fasilələrində şirniyə olan
ehtiyacı ödəyən mükəmməl bir qida olduğu da bildirilir.
Ananasın faydaları bununla bitmir, onun tərkibində A Vitamini, C
Vitamini, B vitamini, bromelain fermenti (zülal parçalayıcı), manqan,
dəmir və kalsium olduğu bildirilir. Həmçinin hüceyrə meydana gəlməsinə,
bakteriya və viruslara qarşı immunitet sisteminin qorunmasına da kömək
edir. Verilən məlumata görə o, həmçinin yara və yaralanmalar nəticəsində
yaranan iltihab üçün ağrı aradan qaldırıcı və qabaqlayıcı xüsusiyyətə
malikdir. Ananasın qanın laxtalanmasına maneə törədərək (fibrin
parçalayıcı xüsusiyyəti olduğundan) qan axınını sürətləndirdiyi də
deyilir.
Qandakı yağ nisbətini salaraq xolesterin səviyyəsini tarazlaşdırmağa təsiri vardır.
Bundan başqa bədəndə natrium nisbətini azaldaraq yüksək təzyiqin
salınmasına kömək etdiyi, ətdə olan zülalları bədəndə istifadə edilə
bilən hala gətirdiyi də bildirilir.
Antioksidant baxımından zəngin olması səbəbiylə xərçəng önləyici xüsusiyyəti vardır.
Yuxarı tənəffüs yolu infeksiyalarında, öskürək kəsici allergik
reaksiyalara qarşı əngəlləyicidir. Mədə-bağırsaq sistemində tənzimləyici
təsiri vardır.
Həzm sistemində isə köməkçi və həzmi asanlaşdırıcı xüsusiyyətə malik
olduğu bildirilir. Məlumatda ananasın həm də sidik qovucu və toksin
artırıcı xüsusiyyətinin olduğu da bildirilir. Ananasın tərkibində insan
bədəninin ehtiyac duyduğu bütün vitaminləri və 16 təbii mineral var. Bu
meyvəninin artıq çəkinin azaldılmasında olan sirri isə onun möcüzəvi
suyuna məxsusdur. Ananas suyu bədəndəki yağı təsirli bir şəkildə əridə
bilər. Bu səbəbdən hər gün yeməkdə ananas ya da ananas suyu istifadə edə
bilərsiniz. Ancaq yeməkdən əvvəl ananası duzlu suda yarım saat saxlamaq
lazımdır.
Ananasın dəri quruluşunun bərpa edilməsi üçün lazımi kollagen
istehsalına köməkçi olduğu da deyilir. Saçı nəmləndirirməyə və parlaqlıq
bəxş etməyə təsiri vardır. Dırnaqları qidalandırdığı və onların güclü
olmalarını təmin etdiyi də bildirilir. Yağ yandırıcı xüsusiyyəti isə
selülitin müalicəsində təsirlidir.