Razyananın faydaları

Müəllif: Efsuw2016
Şərhlər: 2
Baxılıb: 2 753
Səs ver:
(səs: 0)
Siz bilirsinizmi ki,sizin bağınızda bitən bu bitki saç tökülmesi ilə mübarizə aparmağa kömək edə bilər?
Qadınla.com xarici mətbuata istinadən bildirir ki, "Rozmarin"... Qədim yunanlar və romalılar uzun əsrlər ərzində bu bitkiden dərman vasitəsi kimi istifadə edibler.
Rozmarin həzmlə ilə bağlı problemlərin müalicəsi və yüksək arterial təzyiqin tənzimlənməsi üçün əvəzolunmaz bir bitkidir.Araşdırmalara görə rozmarin bitkisi qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyir və baş ağrılarının çəkilməsinə komək edir.Bundan başqa rozmarin saç artımının stimullaşdırılması üçün də xüsusilə faydalıdır.

Əgər siz mədə ilə bağlı problemlərdən və ya qarın köpündən əziyyət çəkirsinizsə rozmarin onların öhdəsindən asanlıqla gələcəkdir. Araşdırmalar təsdiq edir ki, bu otlar eyni zamanda çəki itkilərinədə kömək edir.
Bundan başqa rozmarin bronxitdə olan bütün növ infeksiyaların qarşısını almağa qadirdir.
Rozmarin qan dövranını stimullaşdıraraq saçların sürətli artımına və yeni saçların meydana gəlməsinə səbəb olur.Eyni zamanda saç tökülməsinində qarşısını alır.. Lakin rozmarin uşaqlara zərərlidir,hamilə qadınlara isə öz həkimləri ilə məsləhətləşdikdən sonra tövsiyə olunur.Rozmarinin yeməklərin hazırlanması zamanı da az miqdarda istifadəsinə yol verilir.

Siz rozmarinin yarpaqlarından özünüzə çay hazırlaya bilərsiniz, bu çay orqanizminizin dincəlməsinə və sakitləşməsinə kömək edəcək.
Bundan başqa rozmarin depressiya və aybaşı tutmalarını da xeyli azalda bilər.

Biz sizə bir resept tətbiqini tövsiyə edirik.
1 çay qaşığı təzə və ya qurudulmuş rozmarini götürün və bir stəkan qaynar suya yığın. 15 dəqiqə saxlayın, sonra süzgəcdən keçirin.
Səhərlər və günün ikinci yarısında, gündə iki fincan için. Gecə içmək məsləhət deyil, çünki rozmarin yuxunu poza bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 753
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri