Yüksək təzyiqi salmaq üçün sınanmış vasitələr

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 145
Səs ver:
(səs: 0)
Yüksək təzyiq insan sağlamlığına ciddi ziyan vurur, həyatını qısaldır.

Bu səbəbdən təzyiqə daim nəzarət etmək və onu normada saxlamaq çox vacibdir.

Bəzi təbii vasitələr bu işdə çox yaxşı kömək edir. Belə ki, limon, sarımsaq və bal qarışığı ən effektli vasitələrdən biri sayılır.

Qadinla.com bildirir ki, rusiyalı həkim-fitoterapevt Nina Sokolova bu qarışığın reseptini paylaşıb. 1 stəkan bal, 3 limon və 10 diş sarımsağı götürün. Sarımsağı və limonları (qabıqlı) blenderdə əzin, bal əlavə edin, yaxşı qarışdırın. Qarışığı 1 həftə qaranlıq yerdə saxlayın. Daha sonra gündə 3 dəfə 1 ç.q. olmaqla qəbul edin.

Bundan əlavə həkim təzyiqi normada saxlamaq üçün çuğundur şirəsini içməyi tövsiyə edir. Çuğundur şirəsi damarları genişləndirir və bununla da təzyiqi salmağa kömək edir.

Həkim belə resept təqdim edib: yarım stəkan çuğundur şirəsini sıxın, 3 saat saxlayın (təzə sıxılmış çuğundur şirəsi damarlara mənfi təsir edir), 1 ç.q. bal əlavə edin, qarışdırın və sonra 1 x.q. omaqla gündə 4-5 dəfə için. Bunu 3 həftə ərzində etmək lazımdır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri