Ən sınanmış təbii qurdqovucu vasitələr - reseptlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5924
Səs ver:
(səs: 1)
Qurd xəstəlikləri ən yayılmış xəstəliklərdən biridir. Bu xəstəliklərə xüsusilə tez-tez uşaqlarda təsadüf edilir.
Qurdlar insanın bir çox orqan və sistemlərinə mənfi təsir edir, xroniki intoksikasiyaya (zəhərlənmə) səbəb olur.
Xalq təbabətində bir çox sınanmış qurdqovucu vasitələr istifadə olunur:

- Sarımsaq südlə.
2-3 diş sarımsaq əzilir, üzərinə 1 stəkan qaynar su tökülür və 20 dəqiqə ərzində dəmlənir, sonra süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla kiçik qurtumlarla içilir. Müalicə kursu - 1 həftə.

- Yovşan dəmləməsi
1 çay qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənir, süzülür və gün ərzində 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı olmaqla qəbul olunur.  Müalicə kursu - 1 həftə.

- Nar qabığı dəmləməsi
1 orta ölçüdə narın qabıqları yuyulur, doğranılır, üzərinə 1 stəkan qaynar su tökülür və qaynara düşənə kimi qızdırılır. Sonra soyuyana qədər qapağı bağlı qazanda saxlanır, süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir. Müalicə kursu - 5 gün.

- Qırmızı soğan
Soğanın şirəsini sıxın və gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə.

- Küncüt yağı
Bu sınanmış qurdqovucu vasitədir. Gün əzrində 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 10 gün.

- Balqabaq tumları
Bu çox tanınmış qurdqovucu vasitədir. Hər gün 1 ovuc təmizlənmiş tum yemək lazımdır.

- Yerkökü şirəsi
Həm dadlı, həm də çox təsirli təbii dərmandır. Gün ərzində 1 stəkan kök şirəsini içmək lazımdır.

- Noxud
Xalq təbabətində qurdqovucu vasitə kimi çox geniş istifadə olunur. Hər gün 1 ovuc bişmiş noxud yeyin.
Sizdə hər hansı xroniki xəstəliklər varsa, bu reseptlərdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri