Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1 358
Səs ver:
(səs: 0)
Beynəlxalq tədqiqat qrupu televizor qarşısında gündə 4 saatdan çox vaxt keçirməyin, kişilərdə yoğun bağırsaq xərçəngi riskini 35 faiz artırdığını müəyyən edib.

Oksford Universiteti, London imperial kolleci və Xərçəngin tədqiq olunması üzrə beynəlxalq agentliyin alimləri belə bir nəticəyə gəlib.

Sözü gedən onkoloji xəstəlik adətən yüksək kalorili dieta ilə əlaqali olur.

Mütəxəssislər 6 il ərzində yarım milyona yaxın insanla əlaqədar toplanmış məlumatları təhlil edib. Araşdırmaya görə, uzun müddət televizoru seyr edən kişilərin yoğun bağırsağında bədxassəli şişin formalaşması riski 3 dəfə artıq olur, qadınlarda isə xərçəng riskini 11 faiz artırır.

Beynəlxalq tədqiqat qrupunun mütəxəssislərinin fikrincə, bağırsaq xərçənginin üzə çıxması kişilərin televizora baxa-baxa qida qəbul etməsidir.

Alimlər eyni zamanda kompüter arxasında uzun müddət vaxt keçirmə ilə onkoloji xəstəliklərin inkişafı riski arasında əlaqənin olduğunu təsdiq edib.

Araşdırmanın müəllifləri balanslaşdırılmış dieta saxlamağı, sağlam həyat tərzi sürməyi tövsiyə edir. Bu yoğun bağırsaq xərçənginə qarşı effektiv profilaktika hesab olunur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 358
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri