Ürək xəstələri üçün təhlükəli aylar gəlir - KARDİOLOQLAR

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 742
Səs ver:
(səs: 0)
Kardioloqlar xəbərdarlıq edir: qış fəslinə keçidlə əlaqədar havanın temperaturunun kəskin düşməsi ürək-damar problemləri olanların vəziyyətini dəyişə bilər.

Qadınla.Com bildirir ki, qışda qan damar sistemi havaya uyğun adaptasiya olmağa çalışır, bu zaman ürək ikiqat yükə düşür və hər adamda bu proses normal keçmir. Ona görə də infarkt riski artır.

Qadınla.Com xəbər verir ki, ürək problemi olanların qəfil soyuğa çıxması, bədənin soyuması, qəfil soyuqdan isti yerə keçməsi onlarda ürək tutması verə bilər.
20 dəqiqədən artıq davam edən ağrı, ürək arxasında yanma, təzyiq, kürəkdə ağrı, çənəyə, boyuna, çiyinə yayılan sancı varsa, təcili kardioloqa və ya təcili yardıma müraciət edin.
50 yaşından yuxarı insanlar, diabet xəstələri, yüksək təzyiqi olanlar, siqaret çəkənlər qış aylarında çox soyuq kurortlardan çəkinməli, xizəksürməyə getməməli, ümumiyyətlə soyuq havada intensiv fiziki hərəkətlərdən uzaq durmalıdırlar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 742
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri