Qarın fartuku

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 416
Səs ver:
(səs: 0)
Böyük həcmdə qarın fartukunun götürülməsi həyat üçün təhlükə yarada bilərmi?

Aqtıq piyin yığılması qadınlar üçün böyük bir problemdir. Qadının birinci arzusu artıq çəkinin olmaması, bədənin və üzün gözəl olmasıdır. Hər dəfə güzgüdə birinci üzlərinə sonra bədənlərinə baxırlar. Kəskin nəzərə çarpmayan qüsurları belə özləri daha qabarıq görürlər və koplekslə yaşayırlar. Ən çox qadınlarda kompleks yaradan qüsurlar, qarın nahiyyəsində çox miqdarda piyin yığılması, fartukun olmasıdır. Qadınlar bu kompleksdən azad olmağın müxtəlif yollarını axtarırlar. Bunun həlli çox qadınlar üçün çətin olur: idman, pəhriz, dərmanlar fayda vermir. Bir faktor da odur ki, qarın fartuku onurğaya və bel əzələlətinə yük olur, onurğanın fiksasiya bağlarına dartaraq onurğa sütununu əyilməsinə, protruziya və onurğa disk yırtıqlarına gətirir, bu da kəskin bel ağrılarına səbəb olur. Qarın fartukunu plastik əməliyyat la gütürən xanımların, yaşları 15 il cavanlaşır, qamətləri düzəlir, bel incələşir. Ən əsası da özləri də bilmədən bel ağrılarından da azad olurlar. Qarın fartukunun ləğvi tək gözəllik üçün deyil, sağlamlıq üçün də faydalı olur.
Abdominoplastika əməliyyatından əvvəl bir sıra müayinələr olunur qanın kliniki analizi, qanda şəkər, laxtalanma müddəti, sidiyin kliniki analizi, elektrokardioqrafiya, həkim terapevtin, həkim anestezioloqun konsultasiyası və s. Bəzən əməliyyatdan öncə müalicə kursu təyin olunur.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri