Qurdlar – enurezə səbəb ola bilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 224
Səs ver:
(səs: 1)
Enurez – gecə sidiyini saxlaya bilməməkdir. Enurez xəstəlik deyil, sadəcə fizioloji nəzarətin inkişaf etapıdır. Yeni doğulmuş uşaqlarda sidik kisəsi üzərində baş beyin tərəfindən nəzarət formalaşmamış olur. Bu hal 6 yaşınadək davam edə bilər. Lakin 6 yaşından böyük uşaqlar gecə sidiyini saxlaya bilmirsə, onlar müayinədən keçməlidirlər. Bir çox həkimlər bu halı nevroloji hal kimi qiymətləndirirlər. Bəziləri isə bunu sidik – ifrazat sisteminin infeksion prosesinin simptomu kimi müalicə edirlər. Bəli, bu hallar da gecə sidiyini saxlamamağa səbəb ola bilər. Amma bu səbəblər inkar edilərsə, biz valideynlərə məsləhət veririk ki, uşağın qurdlarını da yoxlatdırsın. Bəlkə də təəccüblənəcəksiniz, amma elə qurdlar varki, onlar enurezə səbəb olurlar. Bu bizquyruqdur, yəni Enterobioz. Bu qurdlar izovalerian turşusu ifraz edirlər, dərini və selikli qişaları qıcıqlandırırlar. Bizquyruq nazik bağırsağın aşağı hissəsində və yoğun bağırsaqda yaşayır. Yetişdikdən sonra düz bağırsağa keçir və anus ətrafında yumurta qoyur. Orada izovalerian turşusu ifraz edərək həm anusun qişasını, həm də cinsiyyət nahiyyəsinin dərisini qıcıqlandırır. Əsasən gecələr yumurta qoyduqları üçün uşağı yuxuda narahat edirlər və gecə sidiyə çıxmasına səbəb olurlar. Odur ki, övladınızda enurezin səbəbini tam aydınlaşdırmamış müalicəyə başlamayın.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 224
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri