Burun qanaxmasının 8 səbəbi

Müəllif: Antikvar
Şərhlər: 9
Baxılıb: 16 592
Səs ver:
(səs: 5)
Hər il insanların təxminən 5-10%-i fəal şəkildə burun qanaxması ilə qarşılaşır. 

Bu qanaxmaların 90%-i öz-özünə keçib getdiyi halda, digər 10%-nə həkim müdaxiləsi lazım olur. Burun qanaxmasının 8 əsas səbəbini təqdim edirik: 

1. Burnu barmaqla və ya hər hansı əşyayla eşmə – Bu, xüsusilə uşaqlarda tez-tez rast gəlinən hadisədir. 

2. Travmalar – Hər hansı plastik əməliyyat, üzgüçülük və ya suya baş vurma zamanı yaranan təzyiq, uzunmüddətli spreylərdən istifadə burun qanaxmasına gətirib çıxarır. 

3. Burun çəpərində əyrilik – Bu, normal hava axınını pozduğu üçün nəfəs yolunda quruma başlayır və qanaxmaya səbəb olur. Əməliyyatla problem həll olunarsa, qanaxmalar da yoxa çıxar. 

4. İstilik sistemləri – Xüsusilə, qış aylarında istilik sistemlərinin nəfəs yollarında yaratdığı quruluq, infeksiya səbəbindən uşaq və yeniyetmələrdə burun qanaxmasına daha çox rast gəlinir.

5. Şişlər – Burun daxilindəki şişlər və sinuslar qanaxmaya səbəb olan amillərdəndir. 

6. Hormonal pozğunluq – Hamiləlik dövründə qanın miqdarının artması səbəbindən burun qanaxmalarına tez-tez rast gəlinir. 

7. Ürək-damar xəstəlikləri – Yüksək təzyiq, ürək çatışmazlığı kimi problemlər qanaxmalara səbəb olur. 

8. Hemofiliya (qanın laxtalanmaması) – Anadangəlmə və ya sonradan yaranan bu xəstəlik daşıyıcıların həyatı üçün böyük risk yaradır. Belə xəstələrdə burun qanaxması tez-tez ortaya çıxan əlamətdir.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 16 592
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri