Baş ağrısının əmələ gəlmə səbəbləri

Müəllif: Wiyinka
Şərhlər: 12
Baxılıb: 3 924
Səs ver:
(səs: 3)
Hamımız stress,yuxusuzluq,gərgin iş rejimindən sonra yorulmağın baş ağrısına səbəb olduğunu bilirik.İndi başınızın hansı səbəbdən ağrıdığını öyrənəcəyik.

Qazlı su içmisiniz.
Nəinki qazlı sular,hətta yağlı məhsullar,şirniyyatlar baş ağrısına səbəb ola bilər.Əgər belə bir hal baş verirsə,qazlı suları,yağlı qidaları azadın.

Siqaret çəkirsiniz.
Siqaret çəkməyin daha bir fəsadı çıxdı üzə.Siqaretdə əsas zəhər tənbəkiyə aiddir.Tənbəki zəhəri ağciyərdəki selikli qişanı,o cümlədən qida borusunu,mədə və bağırsaqları qıcıqlandırır.Tənbəki zəhəri, ürək döyüntüsünü sürətləndirir,arterial təzyiqi artırır və baş ağrısına səbəb olur.Qarşısını almağın yeganə yolu bu pis vərdişdən uzaqlaşmaqdır.

Siz ağır, stressli günlər keçirmisiniz.
Bu hissə qadınlara daha da çox aid edilir.Qadınlar aybaşı dövrünə bir həftə qalmış və ya həmin ərəfədə yorğun olur,stress keçirir,bu da baş ağrısına səbəb olur.Çünki,bu ərəfədə serotoninin miqdarı xeyli azalır.

Adi həblər:analgin,parasetamol,aspirin kömək edə bilər.Bu dərmanlardan da çox istifadə etmək olmaz.

Kontraseptiv qəbul etmisiniz.
Bunlar qanda estrogenin miqdarını artırır, bununla birlikdə damarların tonusu artir və baş ağrısı əmələ gəlir.Narahatçılığı aradan qaldırmaq üçün ginekoloqla məsləhətləşin.Həkim bununla bağlı hormonal dəyişiklik aşkar etsə onda hormonal terapiyanı məsləhət görəcək.

Vitamin və mikroelement qəbul etmisiniz.
Vitamin qəbulundan nə ziyan ola bilər?Bəli ola bilər.Xüsusən də D vitamini normadan artıq olduqda problem yaradır.Tərkibindəki D3-də xolkalsiferol var.Bu da damarların və yumşaq toxumaların gübrələnməsinə,böyrəklərdə daş əmələ gəlməsinə səbəb ola bilər.

Baş ağrıyanda nə etmək məsləhətdir?
Yüngül baş ağrıları zamanı soyuq su və ya ilıq su ilə kompres edin.Boyunun arxasına xardal yaxması qoyun.Alının üzərinə kələm yarpağı qoyun.Başınızı dəsmalla bərk sarıyıb ağrıkəsicilərdən istifadə etmək olar.Amma tez-tez dərmandan istifadə etmək olmaq.Orqanizmə ziyandir.
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 3 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri