Pişiklər hansı xəstəlikləri müalicə edir?

Müəllif: Menim balam
Şərhlər: 11
Baxılıb: 10 392
Səs ver:
(səs: 5)
Pişik terapiyasının əks göstəricisi olmur. Hətta elmi cəhətdən də sübut olunub ki, pişiklə təmas bir çox xəstəlikləri müalicə edə bilər. Pişik terapiyası heç bir xərc də tələb etmir və ən əsası, bəzi həkimlər kimi tibbi səhvə yol vermir. Məlum olduğu kimi pişiklər ən yaxşı həkim hesab edilir.   Pişiklərin köməkliyi ilə müalicə metodunu təqdim edir.  

Yuxusuzluq
Pişiyi stolun üstünə qoymaq lazımdır. Özünüz isə stulda əyləşib pişiyi alnınıza 5 dəqiqə müddətində sıxın. Proseduru bir gündən sonra yenidən təkrar edin. Müalicə kursu yaşdan asılı olaraq 7-20 dəfə lazım olur.
 
Mədə-bağırsaq xəstəlikləri
Mədənin üstünü salfetlə örtüb pişiyi üzərinə qoymaq lazımdır. Prosedurun müddəti 5-7 dəqiqə təşkil edir. Müalicə kursu: 7-12 dəfədir. Kursu bir gündən bir təkrar etmək lazımdır.
 
Ağciyər xəstəlikləri
Balaca pişik balasını sinə nahiyənizə qoyun. Prosedurun müddəti 8 dəqiqədir. Sonra isə çevrilib pişiyi kürəyinizə qoyun. Proseduru bir gündən bir təkrar edin. Müalicə kursu: 10-12 dəfədir.   Soyuqdəymə
 
Soyuqdəymə vaxtı pişiyi ayağın arxa tərəfinə qoymaq lazımdır. Proseduru hər gün təkrar etmək lazımdır. Prosedurun davamlılığı sizin və pişiyin səbrindən asılıdır. Müalicə kursunun müddəti: 3-4 dəfədir.
 
Osteoxondroz
Pişiyi kürəyə qoyub 8-15 dəqiqə uzanmaq lazımdır. Bunu hər gün etmək lazımdır. Müalicə kursu 7-8 dəfədir.   Depressiya
 
Depressiyadan azad olmaq üçün hər gün 15 dəqiqə pişiklə oynayın.   Hipertoniya
 
Pişiyi yaxalıq kimi boynunuza qoyun. Müddəti 3-4 dəqiqədir. Bunu gündə ən azı 3 dəfə edin. Müalicə kursu 8-15 dəfədir.
 
İmpotensiya və cinsi zəiflik
Bu xəstəliklərdən azad olmaq üçün pişiyi yan nahiyəyə qoyun. Müalicənin davamlılığı sizdən və pişikdən asılıdır. Proseduru bir gündən bir həyata keçirin. Kurs 25 dəfə.
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 10 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri