Ürək sağlamlığı

Müəllif: NoName
Şərhlər: 11
Baxılıb: 776
Paylaş:
Səs ver:
(səs: 0)
Ürək sağlamlığınızı qorumağa, ürək yoxlamalarınızı etdirməklə başlayın:
Xüsusilə, ailəsində ürək xəstəsi olanların, müəyyən bir yaş üzərindəki və əvvəllər ürək müayinəsi etdirməmiş şəxslərin kardiloloji mütəxəssisə müraciət etməsi uyğun olacaqdır. Xolesterol, trigliserid və qan şəkəri ölçmələri mütləq edilməlidir. Bundan başqa, təzyiqin də nizamlı olaraq ölçdürülməsi gərəklidir. Bunları hər il təkrarlayın.

Siqareti mütləq buraxın:
Siqaretin zərərli təsiri, qadınlarda kişilərə nisbətən dahÜrək sağlamlığıa çoxdur. Siqaret, qadınlarda estrogeni parçalayaraq erkən klimaks riski ilə yanaşı, ürək və ağciyər sağlamlığına da mənfi təsir edir. Siqaret çəkən xəstələrin ürək əməliyyatından sonra  yaxşılaşma müddəti də uzun çəkir. Siqaret buraxıldığı zaman bədən özünü sürətlə yeniləməyə başlayacaqdır.

Qidalanma qaydalarınızı dəyişin:
Ürək sağlamlığınız üçün balanslı və düzgün qidalanmağın önəmi böyükdür. Xolesterolun müəyyən bir səviyyədə qalması üçün yağ istifadəsinə çox diqqət edilməlidir. Heyvan mənşəli yağlardan uzaq durulmalı, kərə yağı, dozasında istehlak edilməli, zeytun yağı, günəbaxan, qarğıdalı, soya kimi bitki mənşəli yağlara üstünlük verilməlidir. Qırmızı ətin istifadəsi limitlənməli, ət olaraq balıq, hinduşka və toyuğa üstünlük verilməlidir. Qidalanmada, lobya, mərci, noxud kimi xolesterolsuz protein qaynaqlarına yer verilməlidir. Yağsız və ya az yağlı olan süd və süd məhsulları istifadə edilməlidir. Konsentrasiya edilmiş süd, içalat, kolbasa, sosiska, sucuq kimi qidalardan uzaq durulmalıdır. Aşağı kalorili meyvə və tərəvəzlər ürək xəstəliklərinə qarşı qoruyucu maddələr ehtiva edirlər. Gündə 5 porsiya meyvə və tərəvəz istifadə edilməlidir. Ağ un yerinə üzərində işlənməmiş buğda ununa (kəpəkli) üstünlük verilə bilər.

Bol-bol piyada gəzin:
Lift yerinə pilləkanÜrək sağlamlığıdan istifadə edilməli, yaxın yerlərə maşınla getmək əvəzinə piyada getməyə üstünlük verilməlidir. Həftədə ən az 3 dəfə 1 saat piyada gəzilməlidir. Soyuq havalarda ürək sağlamlığı üçün evlərdəki qaçış zolağında və ya böyük alış-veriş mərkəzlərində templi gəzintiyə üstünlük verilə bilər.

Meditasiya ürəyinizə yaxşı təsir edər:
Mümkün qədər stressdən uzaq durulmağa çalışılmalıdır. İnsan hər şeydən öncə özü ilə barışıq olmalıdır. Çox tez qərar verən, tez-tez danışan, pilləkənları bir neçə pillə birdən çıxmağa çalışan, yeməyi tez-tez yeyən , səbrsiz insanlar ( A tipi xarakter)  yavaşlamağı bilməlidir. İç hüzur və ailə şəraitindəki xoşbəxtlik, ürək sağlamlığının qorunmasında çox təsirlidir.

İş həyatınıza diqqət edin:
İş mühitinin mümkün olduğu qədər xoş hala gəlməsi üçün idarəsiz ehtiras və rəqabət duyğusundan uzaq durulmalıdır. Ürək sağlamlığının qorunmasında iş və çalışma şərtləri önəmli bir yerə sahibdir. Ofis idmanları edilməli, işdə də hərəkətsiz həyatdan uzaq durulmalıdır. İşdə siqaret çəkilməsinə icazə verilməməlidir. Naharda sağlam qidalanmalı, fast food qidalardan uzaq durulmalı və zərərli atışdırmalar yeyilməməlidir.

Aşiq olun:
Aşiq olmaq, endorfin hormonunun istehsal olunmasını təmin  edər və ürəyə yaxşı təsir edər. Endorfin, xoş əhval-ruhiyyə və xoşbəxtlik hissi verən bir hormondur. Yaxşı bir sevgi həyatı, ürək sağlamlığı üçün çox önəmlidir. Xoşbəxt yaşaya bilmək üçün sağlam bir sevgi həyatına ehtiyac var.

loading...
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 776
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
Sonuncu mənlik deyil) Aşkla meşklə işim olmaz dirol_mini

...666...
1 avqust 2015 20:12
11
Viking
Offline
Fialka
Hamısını başa düşdük də aşiq olmağın ürəyə sağlamlıq baxımından faydalı olduğunu da ilk dəfədi öyrənirəm))
1 avqust 2015 16:47
10
Offline
vipbetul
ureyin indi en az xesdelenen orqan olub bezi xesdeliklerin yaninda urek nediki

ureyin indi en az xesdelenen orqan olub bezi xesdeliklerin yaninda urek nediki
1 avqust 2015 16:45
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
WiRiN BaLaM
ürək sağlamlığı üçün hərəkət etmək piyada gəzmək çox faydalıdır.
1 avqust 2015 16:33
8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
qanadli melek
Awiq olmaq ureyi dahada xeste edir)))Allah hamiya komek olsun
1 avqust 2015 14:22
7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Dosta_inam
Allah hec kesi urek agrisina mehkum etmesin, urek agrisindan eziyyet cekenlere Allah sefa versin, Amin Insaallah, dua
1 avqust 2015 14:18
6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
yarpaq33
Urek xesteli pis verdiwlerden savayi yagli yemekle de elaqelidi
Eziyyet cekenlere Allah wefa versin
1 avqust 2015 13:19
5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
lelos
Allah uzaq elesin
1 avqust 2015 13:08
4
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
BARBI
Urek saglamligi ucun icki siqaret zererli verdisleri tergitmek lazimdir. Cekini normada saxlamaq lazimdir.
1 avqust 2015 12:44
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Bebiw
axirinci abzad xiwuma grldi awiq olun Qizdar haminiz awiq olun kimde soruwsa saglamligim ucun)))
1 avqust 2015 12:42
2
sowu
Offline
Nur k-off
Allah hec kime can agrisi qismet etmesin Allah uzaq etsin
1 avqust 2015 12:31
1
SVETA

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv