Bədən quruluşunuz hansı xəstəliklərə yaxalanacağınızdan xəbər verir!

Müəllif: emis
Şərhlər: 3
Baxılıb: 2 734
Səs ver:
(səs: 1)
Bədəninizi yaxşı tanısanız, daha çox hansı xəstəliklərin sizin üçün risk təşkil etdiyini müəyyənləşdirə bilərsiniz.

Bu isə sağlamlığınızı qorumaq üçün önəmlidir.

Alimlər bildirirlər ki, bədən quruluşu və orqanların ölçüləri hansı xəstəliklərə yaxalanacağınızdan xəbər verir. Belə ki, barmaqların, ayaqların və sinənin ölçüsü hansı xəstəliklərə tutula biləcəyinizi göstərir.

Uzun barmaqlar
Əgər işarə barmağınız adsız barmağınızdan qısadırsa, deməli, gələcəkdə sümük əriməsi problemi ilə üzləşə bilərsiniz. Bu əlamət xüsusilə qadınlar üçün keçərlidir. Adı çəkilən xəstəliyə yaxalanma riskiniz digər insanlardan iki dəfə çoxdur.

İri sinə
18-20 yaşlı qızın sinəsinin ölçüsü yaşıdlarından xeyli fərqlənirsə, yəni normaldan daha iridirsə, bu, şəkər xəstəliyi riskindən xəbər verir. Belə xanımların şəkər xəstəliyinə yaxalanma riski 2 dəfə çox olur.

Uzun ayaqlar
Uzun ayaqlar sağlam bir ömür sürəcəyinizdən xəbər verir. Gödək ayaqlara sahib olan kişi və qadınlar isə qara ciyərlərini qorumağa çalışmalıdırlar. Çünki araşdırmalar ayaqlarının uzunluğu 50 sm-dən 73 sm-ə qədər olan insanların qara ciyər problemlərindən əziyyət çəkdiklərini üzə çıxarıb.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 734
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri