Qripə tutulmaq hamilə qadınlar üçün təhlükəlidirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 8 235
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/2012-02-22/1329889493-493.jpg

Bütün dünyanı ağuşuna almış qrip epidemiyası günümüzə qədər 20 milyondan çox insanın ölümünə səbəb olmuşdur.

Amerika Xəstəliklərin İdarə olunması Mərkəzinin məlumatlarına görə hər il əhalinin 10-20 %-i qripə tutulur və orta olaraq 114 min adam qrip xəstəliyi ilə xəstəxanada müalicə edilmək məcburiyyətində qalır. 20 mindən çox adam həyatını itirir. Həyatını itirən xəstələrin əsas bir qismi ya ciddi sağlamlıq problemləri olan xroniki xəstələr, ya da yaşlı və zəif xəstələrdir. Buna görə də qrip çox ciddi bir xəstəlik hesab olunur.


Xüsusən də tənəffüs sistemində burun, boğaz, nəfəs borusuna xələl yetirən qrip virusu hətta ağciyərlərə belə keçərək tənəffüs yollarının epitel təbəqəsini zədələyir.

Qış fəslinin olduğunu nəzərə alsaq hava şəraiti tez-tez dəyişdiyi və soyuqlar düşdüyü üçün qrip olmaq ehtimalı da artır. Belə olan təqdirdə isə risk qrupuna daxil olan hamilə qadınlar daha çox həyəcan keçirir. Ana namizədləri ən çox maraqlandıran məsələlər onların qripə tutulmamaları üçün vasitələr və qirpə yoluxublarsa nə etmələridir?

Bu sualları mama-ginekoloq Aynurə Əmirova belə cavablandırdı: "Hamilə qadınların immun sisteminin zəif olması onların soyuq havalarda qripə tutulma ehtimallarını artırır. Belə olduqda əgər cift qan dövranı pozulursa uşaqda fəsadlar yarana bilər. Lakin ciftin qan dövranı normal olduğu halda bu təhlükəli deyil. Sadəcə olaraq hamiləliyin ilk 3 ayında qadınlar daha həssasdırlar. Çünki bu dövrdə dölün daxili orqanları formalaşır. Qalan aylarda isə formalaşmış döl inkişaf edir, uşağın əli, ayağı meydana gəlir. Amma onu da qeyd edim ki, qripdən də təhlükəli virus xəstəliyi qadınlar üçün qızılcadır. Qızılca çıxarmayan qadın hamiləlik dövründə bunu yaşayırsa mütləq uşaqda inkişaf qüsurları yaranır. Odur ki, hamiləlikdən öncə mütləq qızılca keçirməyən qadınlar peyvənd edilməlidir". Həkimin sözlərinə görə ananın sağlam olması uşağın da sağlam dünyaya gəlməsi üçün şərtdir. Və analar hamiləlik dövründə özlərinə qarşı xüsusi qayğı ilə yanaşmalıdırlar. Bu qayğı həm də yaxınlarının köməyi ilə daha da əla nəticə verə bilər. A.Əmirova qripə tutulmuş hamilə qadınların sağalmaq üçün nələr edə biləcəyindən də danışdı: "Bu dövrdə çalışıb çoxlu maye qəbul etmək lazımdır. Mayeni moruq mürəbbəsi və limon şirələri ilə qəbul etsələr daha yaxşı olar. Və qidalanmalarına xüsusi diqqət ayırmalıdırlar. Maksimum dərəcədə isə kimyəvi tərkibli dərmanlardan az istifadə etsinlər. Əgər burunları tutulubsa, o zaman bitki tərkibli damcı dərmanlardan istifadə məsləhətdir. Ümumilikdə isə biz həkimlər hamiləlik dövründə vitamin kompleksi və anemiyanın yaranmasına mane olmaq, hamiləliyin ilk aylarında mərkəzi sinir sistemində yaranan anomaliyaların qarşısının almaq üçün fol turşusunu təyin edirik".

İndi isə bir müqayisəyə nəzər yetirək. Eyni yaş qrupundan olan qadınlardan hamilə olanların qrip səbəbi ilə xəstəxanaya yerləşdirilməsi hamilə olmayanlara nisbətən daha çox rast gəlinir. Hamiləlik insanın immun sisteminin zəifləməsi ilə yanaşı qan dövranı və tənəffüs sistemində də dəyişiklərə səbəb olaraq daha yüksək risk altına almış olur. Belə hallarda qripə qarşı peyvənd ən etibarlı vasitə hesab edilir. Çünki qrip peyvəndi canlı virusdan ibarət olmayan və hamiləlikdə istifadə edilə bilən etibarlı bir peyvənddir. Amerika Ginekolog və Mamalar birliyi (ACOG) epidemiya mövsümündə hamiləliyinin ikinci ya da 3-cü trimestrində (üçaylıq) olan qadınlara qrip peyvəndi edilməsini təklif edir.

Bundan əlavə şəkər xəstəliyi, bronxial astma, yüksək təzyiq kimi yüksək risk vəziyyətlərinin varlığı zamanı hamiləliyin müddətinə baxılmadan qrip peyvəndi edilməsi təklif edilir. Sadalanan risk faktorları olmayan qadınlara isə 1-ci trimestrin (üçaylıq) sonunda qrip peyvəndi edilməsinə icazə verilir.

Bununla yanaşı peyvənddən sonra anada inkişaf edən antitellər müəyyən miqdarda körpəyə də keçərək həyatının ilk aylarında onu da qripə qarşı qoruyacaqdır.

Qrip mövsümü ümumiyyətlə noyabr-aprel aylarını əhatə edir. Xəstəlik ən çox dekabr ilə martın əvvəlinə qədər olan dövrdə rast gəlinir. Epidemiya başlayarkən ilk 3 həftə daha geniş yayılır, sonrakı aylarda getdikcə azalmağa başlayır. Peyvənd üçün ən ideal dövr oktyabr ayı ilə noyabr ayının ortasına qədər olan dövrdür. Peyvənddən sonra antitellərin yaranması və qoruyucu funksiyanın başlaması üçün 1-2 həftə vaxt lazım gəlir. Qrip peyvəndinin qoruyuculuğu 70-90 % arasında dəyişir.

Qrip peyvəndi hamiləlikdə və əmizdirmə dövründə etibarlı olaraq qəbul edilir.

Lakin Aynurə Əmirova ölkəmizdə bu peyvənddən istifadə edilmədiyini söylədi.

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 8 235
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri