Qaraciyərin hemangioması

Müəllif: NoName
Şərhlər: 2
Baxılıb: 1198
Paylaş:
Səs ver:
(səs: 0)
Hemangioma qaraciyərin damarlarından əmələ gələn xoşxassəli şişdir.
Alimlərin bir hissəsi hemangiomanı şiş hesab etmir, onların fikirinə görə bu sadəcə anadangəlmə damar defektidir.
Hemangioma insanda embrional dövründə (ana bətnində olduqda) əmələ gəlir. Bunun səbəbi tibbdə hələ ki dəqiq məlum deyil. Uşaq dünyaya gəldikdə hemangiomanın ölçüləri çox kiçik olur. Lakin daha sonra şiş böyüməyə başlaya bilər.
Hemangiomaların böyüməsi səbəbləri tibbdə hələ ki dəqiq təyin olunmayıb. Alimlərin fikirinə görə, hemangiomaların böyüməsinə bir çox hallarda qadın hormonların qəbulu (hamiləlik əleyhinə preparatlar, sonsuzluğun müalicəsində istifadə olunan preparatlar və s.) səbəb olur. Məhz bu səbəbdən qadınlarda kişilərlə müqayisədə bu patologiyaya daha tez-tez hallarda rast gəlinir.

Əksər hallarda hemangioma təsadüfən hər hansı digər problemə görə USM-dən və ya KT və MRT-dan keçdikdə aşkar olunur.
Hemangioma bədxassəli şişə (yəni xərçəngə) çevrilmir və əksər hallarda insanın səhhəti və həyatı üçün heç bir təhlükə yaratmır. Lakin bu yalnız kiçik ölçülərdə olan hemangiomalara aiddir. Böyük hemangiomalar (5 sm-dan yuxarı) müxtəlif travmalar, yıxılmalar zamanı yırtıla bilər ki, bunun nəticəsində güclü daxili qanaxma inkişaf edir. Belə qanaxma insanın səhhəti və hətta həyatı üçün ciddi təhlükə yaradır.
Bu səbəbdən böyük ölçüdə olan hemangiomalar cərrahiyyə üsulu ilə xaric olunur.

Kiçik ölçüdə olan hemangiomalar özünü heç bir əlamətlə büruzə vermir. Lakin böyüdükdə və təxminən 5 sm-ə çatdıqda, hemangiomalar müxtəlif pozulmalara səbəb olur - sağ qabırğa altı nahiyəsində küt ağrılar, fiziki gərginliklər, ağır əşyaların qaldırılması, əyilmə zamanı diskomfort, qara ciyərin böyüməsi (hemangioma buna çox nadir hallarda səbəb olur), ürəkbulanması, qusma. Nəzərinizə çatdıraq ki, sadaladığımız simptomlar bir çox qara ciyər, öd kisəsi və s. həzm sistemi orqanların xəstəliklərinə işarə edə bilər.

Hemangioma adətən təsadüfən USM və ya MRT zamanı aşkar olunur. İlkin diaqnoz qoyulduqdan 3 ay sonra xəstə təkrar müayinədən keçməlidir ki, şişin bu müddət ərzində böyüyüb-böyüməməsi təyin olunsun. Şiş tez böyüyürsə, xəstəyə cərrahiyyə müalicə təyin oluna bilər. Şişin ölçüləri kiçikdirsə (5 sm-ə kimi), şiş böyümürsə, heç bir pozulmalara (ağrılar və s.) səbəb olmursa, bu halda xəstəyə ildə 1-2 dəfə profilaktik müayinə tövsiyə edilir. Belə hemangiomalar heç bir xüsusi müalicə, pəhriz və s. tələb etmir.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55

loading...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1198
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Allah sefa versun her kese
23 aprel 2016 15:11
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ulduz
Ne qeder bu kımı şişler kıcık olarsa vaxtında muallice yaxsıdı. Qorxuludu risklidi. Tebiki qidalar qaracıyer hel etdıyıne gore aydıgımız derman da o sovırur ve dermanların zeherı qalanları sovrulsaada orda qalır ust uste yıgılır sonda bu tip xedtelıkler olur
23 aprel 2016 05:15
1
Qadının ən böyük vəzifəsi analıqdır :50:

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv