Günvurmadan özümüzü necə qorumalıyıq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 848
Səs ver:
(səs: 0)

http://lent.az/photo/Gunvurma.jpgGünəş vurması isti hava şəraitində gün altında çox qalanlarda müşahidsə edilən yay xəstəliyidir. Anspress günvurma zamanı ilkin yardım və əlamətlər haqqında yazır. Günvurmanın əlamətləri şiddətli baş ağrısı, ürək bulantısı, qusma və yüksək temperaturda özünü göstərir.

Günəş vurması çox təhlükəli haldır. Əgər vaxtında müdaxilə edilməsə, ölümlə belə nəticələnə bilər. Bəzi hallarda isə sinir sistemində qalıcı fəsadlara səbəb ola bilər.

Belə halla qarşılaşanda dar geyimləri çıxarmaq, başa soyuq kompress və buz torbası qoyulmalıdır. Hərarət çox yüksələrsə, bədəni nəm dəsmalla sarımaq, xəstəni kölgə, sərin yerdə saxlamaq lazımdır. Xəstəni sərinlətməyin ən yaxşı yolu soyuq su vannasıdır.

İlk yardım

Zərərçəkəni kölgəyə aparmaq və başa soyuq kompres etmək lazımdır. Ağır formalarda süni nəfəsvermə də yerinə düşər.

Təcili görüləcək işlər:

 zərərçəkəni həmin sahədən uzaqlaşdırmalı
 naşatır spirtini tənzifə vuraraq iynətməli
 üst geyimini soyundurmalı
 üzünə soyuq su çiləməli, döşünə yaş dəsmal qoymalı
 başına soyuq su kompresi qoymalı
 yelpikləməli
 təcili yardım çağırmalı

Uşaqlar üçün tədbirlər

Günəş şüalarının qüvvətli olduğu saatlarda - səhər10:00 ilə günortadan sonra 15:00 arasında uşaqları açıq havada saxlamayın. Uşaqlara kölgə anlayışını öyrədin. Əgər kölgəniz özünüzdən kiçikdirsə çölə çıxmayın. Papaq, uzun qollu köynəklə günəşdən qoruyun. 6 aydan kiçik uşaqlar üçün günəşdən qoruyucu kremlərdən istifadə etməyin. Böyük uşaqları günəşə çıxarmazdan azı yarım saat əvvəl kremləyin. Kənarı qapalı eynək taxın. Ağ qum və su günəş şüalarının əks edilməsini artırır. Bu kimi yerlərdə, xüsusuilə, diqqətli olun.

Tərlə birlikdə bədənin su və duz itirməsi "isti yorğunluğu" adlanan halsızlıqla müşahidə edilən sindroma səbəb ola bilər. Əgər bu vəziyyət nəzarətdə saxlanmasa, bədənin temperatur tənzimləmə sistemi pozulur.


 Günvurmadan qorunmaq üçün günəşli havada baş örtüyü olmadan gəzmək məsləhət görülmür. Baş örtüyü də açıq rəngli materialdan olmalıdır ki, günəş şüasını az qəbul etsin. İsti havada geyim də enli, açıq rəngli, yungül, pambıq və ya kətan parçadan olmalıdır.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 848
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri