Kişilər və qadınlar diabet xəstəliyi haqqında bunları bilməlidi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 010
Səs ver:
(səs: 0)
Şəkərli diabet çox təhlükəli və hiyləgər xəstəlikdir

Kişilərdə şəkəri azaltmaq üçün məsləhətlər:

Məlum olub ki, həftədə 5 gün, gündə cəmi 30 dəqiqə idmanla məşğul olmaq II tip şəkərli diabet riskini 34 faiz aşağı salır. Həftədə 1 saat məşq zamanı isə həmin göstərici 12 faiz olur.

Qadınlarda şəkəri azaltmaq üçün məsləhətlər:

Düzgün və sağlam qidalanın. Qidalanmanızın əsas hissəsini tərəvəz, meyvə, yarmalar (düyü, yulaf yarması, qarabaşaq və s.), süd məhsulları, yağı az olan ət, balıq təşkil etməlidir. Fast fud qidaları, çox yağlı, şirin qidaları, un məmulatları qidalanmanızda kəskin məhdudlaşdırın.

Qanda şəkərin daim yüksək səviyyədə olması damarlarda geriyədönməz pozulmalara səbəb olur ki, nəticədə xəstədə ürək və böyrək xəstəliklərinin, infarktın, insultun riski olduqca artır. Artıq çəki yığmayın. Artıq çəki şəkərli diabetin əsas risk faktorlarından biridir. Özünüzdə artıq çəkinin olub-olmadığını təyin etmək istəyirsinizsə, bu sadə üsuldan istifadə edin. Belinizi ölçün. Kişilərdə 94 sm, qadınlarda 80 sm kimi olmalıdır. Əks halda bu artıq çəkidən xəbər verir.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 010
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri