Bu qarışıq yumurtalıq kistasını azaldır

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 1 652
Səs ver:
(səs: 0)
Günümüzdə bir çox qadında yumurtalıq kistası ortaya çıxır. Sonsuzluq, qanaxma, menstruasiya pozğunluğu və ya xərçəng kimi başqa problemlərin yaranmasının qarşısını almaq üçün bu kistanı aradan qaldırmaq mühümdür.

Qadınla.com bu yazıda oxucuları yumurtalıq kistasını yox edən reseptlə tanış edib.

Şəkər çuğunduru və şəkər bəhməzindən hazırlanan cövhər qadınlar üçün həm xeyirdir, həm də kistanın ciddi xəstəliklərə çevrilməsini əngəlləyir.

Yumurtalıq kistasına qadınlarda xüsusilə yumurtalama dövründə təsadüf edilir. Bəzi qadınlarda yumurtalıq kistası böyük əhəmiyyət kəsb etmir və öz-özünə sağalır, bəzilərində isə cərrahi müdaxilə tələb edə bilər.

Yumurtalıq kistasının əlamətləri belədir:

Menstruasiya dövrünün pozulması, xüsusilə də uzun sürməsi.

Alt qarın bölgəsində təzyiq və ya ağrı hissi.

Şəkər çuğunduru və patka yumurtalıq kistasına mane olur

İki ərzaqdan ibarət olan bu resept sərbəst radikallarla mübarizə apararaq iltihablı prosesləri azaldan güclü xüsusiyyətlərə malikdir. Şəkər çuğunduru və şəkər bəhməzi immuniteti gücləndirərək kistanın yaranmasının qarşısını alır

Şəkər çuğunduru
Şəkər çuğunduru bənövşəyi rəngli şirin tərəvəzdir. O, təbii yolla orqanizmdəki bir çox nasazlığı yaxşılaşdırmağa kömək edir. Şəkər çuğunduru piqmenti və sahib olduğu xüsusiyyətlər sayəsində yumurtalıq kistalarının qarşısını alınmaqda və müalicəsində çox təsirli ola bilər. Antioksidant, iltihab və xəstəlik önləyici komponentlərə malikdir.

Şəkər bəhməzi
Şəkər bəhməzi kalsium, mis, dəmir, kalium, B vitaminləri, xüsusilə də B6 baxımından zəngindir. Bəhməzin rəngi nə qədər tünddürsə, qida dəyəri bir o qədər çoxdur. Eyni zamanda şiş əleyhinə güclü təsirə malikdir. Odur ki, yumurtalıq kistasının qarşısını almaq və yeməklərə dad vermək üçün istifadə etməyə dəyər.

Yumurtalıq kistasını müalicə edən təbii cöhvər

İnqrediyentlər:
7 ədəd orta boy şəkər çuğunduru
2 stəkan şəkər bəhməzi

Hazırlanması:
Çuğundurları yaxşıca yuyun və soyun. Suyunu çıxarmaq üçün onları blenderə atın və liflərini süzün. Zövqə görə, içinə 3 və ya 4 ədəd şəkər çuğunduru yarpağı da əlavə etmək olar. Çuğundur suyunu şəkər bəhməzi ilə qarışdırın və şüşə bankanın içinə tökün. İçməzdən əvvəl yaxşıca çalxalayın və soyuducuda saxlayın.

Necə içməli?
Bu qarışığı bir çox fərqli yolla içmək olar. Səhər yeməkdən ən az yarım saat əvvəl ac qarına, günorta yeməyindən yarım saat əvvəl və ya axşam yeməyindən yarım saat əvvəl için.

Cövhəri 2 ay davamlı olaraq içsəniz, kistanın azaldığını görəcəksiniz. Təbii ki, qarışığı sərf etməzdən əvvəl mütləq həkiminizə müraciət etməyi unutmayın.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri