Vaginal axıntı növləri, əlamətləri - SÜD KİMİ AĞ RƏNGLİDİRSƏ...

Şərhlər: 0
Baxılıb: 4 260
Səs ver:
(səs: 0)
Qadınların ən böyük ortaq problemi vaginal axıntıdır. bu da rənglərinə və növlərinə görə fərqlidir. bəziləri heçbir sağlamlıq probleminə işarə olmasa da, digərləri əksinə ciddi problemin xəbərçisi ola bilir.
 
Vaginal axıntının miqdarı menstruasiyanın bitdiyi və digər menstruasiyanın başlamasına qədər olan müddətdə fərqli miqdarlarda və xüsusiyyətdə olar. Yəni qadının vaginal axıntı miqdarı hər gün eyni olmur. Məsələn, iki menstruasiyanın arasındakı günlərdə axıntının miqdarı artır və daha yapışqan bir hal alır. Menstruasiyadan bir neçə gün əvvəl də axıntıda artım olur.

Qadınların tez-tez etdikləri səhvlərdən biri də fizioloji axıntı ilə infeksiyanı qarışdıraraq, həkim məsləhəti olmadan vaginal şam istifadə etmələridir. Həkimlər xəbərdarlıq edir ki, lazımsız vaginal tabletka istifadəsi vagina florasının tarazlığını pozur və tez-tez təkrarlanan infeksiyalara səbəb olur.

Süd kimi ağ vaginal axıntı gəlirsə...
Süd kimi ağ vaginal axıntı gəlirsə qoxusu yüngülsə bu adətən normal hesab edilir. Lakin qoxusu tünddürsə həkimə müraciət etməkdə fayda var.Nəsə bir problem olma ehtimalı da var.

Vaginal axıntı ağ və köpüklüysə...
Rəngsiz və ağın sarı çaları köpüklüysə bu vaginada göbələyin olmasına işarədir. bu infeksiya qadınlarda daha sıx-sıx müşahidə edilir. Hamiləlikdə də rastlanır.

Yaşıl və sarı axıntı varsa...
Yaşıl və sarı vaginal axıntı normal deyil.cinsi yolla keçən infeksiya olduğunu göstərən simptom ola bilir. əgər cinsi yolla hər hansı infeksiyaya yoluxmusunuza bu sizin üçün həyəcan siqnalıdır. Mütləq müayinə olunmaq lazımdır. Geciksə ciddi problemlərə yol aça bilir. Xüsusi ilə hamiləlikdə, həm qadına, həm də körpəyə təsir edir.

QƏHVƏYİ RƏNGLİ AXINTI
Qəhvəyi rəngli axıntı, hamiləliyin ilk əlamətləri ola bilər. Hamiləəlik ərəfsində qəhvəyi rəngli axıntı gələrsə narahat olmağa ehtiyac yoxdur.

Vaginal axıntıdan qorunma üsulları:

1. Vaginanın içini yumayın. Vaginanın içini yumaq PH turşunu dəyişdirir və oradakı təbii mühiti korlayaraq, laktobasilləri azaldır, zərərli mikrobların artması üçün yaxşı mühiti təmin edir. Vagina içini xüsusən də sabunla yumaq olmaz.

2. Normal duş əsnasında vagina içinə qaçan su miqdarı əhəmiyyətsizdir. Vaginanın içinin təzyiqli su ilə yuyulması isə yuxarıda deyilən səbəblər baxımından məsləhət deyil. Cinsi əlaqədən sonra və ya menstruasiya zamanı təmizlənmək üçün isə xüsusi vaginal duş vasitələrindən istifadə edə bilərsiniz.

3. Duşdan sonra xarici genital bölgənizi dəsmalla qurulayın.

4. Genital sprey, ətir tərkibli bez, tampon, prezervativlərdən istifadə etməyin.

5. Alt paltarlarınızı hər gün dəyişin və sintetik deyil, pambıq olanlara üstünlük verin.

6. Üzmə və məşqdən sonra alt paltarlarınızı dəyişin, üstünüzdə qurumasına imkan verməyin

7. Həddindən artıq çəki və şəkər xəstəliyi göbələk infeksiyasına zəmin hazırlayar. Bu cür probleminiz varsa, tədbir görün.

8. Dar şalvar və ya dar alt paltarı geyinməkdən çəkinin.

9. Tualet təmizliyinə diqqət edin.

10. Cinsi əlaqə zamanı prezervativ istifadə edərkən diqqətli olun.

11. Cinsi münasibətdə olmaq üçün tərəf müqabillərinizi tez-tez dəyişdirməyin. Tez-tez tərəf müqabilini dəyişən insanlarla cinsi münasibətə girməyin.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri