Saçları tez-tez boyamaq XƏRÇƏNG YARADIR - Mütəxəssislərdən ŞOK

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 793
Səs ver:
(səs: 0)
Saç boyası xərçəngə səbəb olurmu" sualının cavabı milyonlarla qadını maraqlandırır. Mütəxəssislər bu sualın cavabını qismən tapıb.

Son aparılan tədqiqatlar mütəmadi olaraq boyanan və kimyəvi saç düzəldicilərindən istifadə edən qadınlarda döş xərçənginin daha geniş yayıldığını iddia edib. Bu barədə ABŞ Milli Sağlamlıq İnstitutu 46 min 709 qadının iştirak etdiyi araşdırma aparıb. Mütəmadi olaraq saçlarını boyayan qadınlarda döş xərçəngi riskinin boyamayanlardan yüksək olduğu üzə çıxıb.

Hər 5-8 həftədən bir saçlarını boyayan Afrika əsilli amerikalı qadınlarda döş xərçənginin yaranma riskinin 60 faiz, ağ dərili qadınlarda isə 8 faiz olduğu sübuta yetirilib.
Tədqiqatda o da məlum olub ki, hər 5-8 həftədən bir kimyəvi saç düzəldicilərindən istifadə edən qadınlarda döş xərçənginin inkişaf etmə riski 30 faizdir.
Maraqlıdır ki, mütəxəssislər yarıqalıcı və ya daimi olmayan saç boyaları ilə döş xərçəngi arasında əlaqənin olmadığını irəli sürüb. Tədqiqat qrupunun rəhbəri Aleksandra Vayt saç boyalarının döş xərçənginə təsir səbəbinin tapılmadığını söyləyib:

"Mütəxəssislər uzun müddətdir saç boyası və xərçəng arasındakı mümkün əlaqəni araşdırsa da, nəticələr uyğun deyildi. Tədqiqatımızda saç boyası istifadəsinin döş xərçəngi riskini artırdığını gördük. Təsiri xüsusilə də Afrika əsilli amerikalı qadınlarda daha güclüdür".
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 793
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri