Aybaşı zamanı qanın qara gəlməsi

Müəllif: diablo
Şərhlər: 3
Baxılıb: 2046
Səs ver:
(səs: 0)
Aybaşının xarakteri, ifrazatın rəngi və qoxusu, axıntının ağrı, ürəkbulanma kimi əlamətlərlə müşayiət olunmasına əsasən qadın orqanizminin sağlamlığı barədə mülahizə yürütmək mümkündür.

Axıntının rənginin qırmızıdan qaraya çevrilməsi orqanizmdə gedən bəzi patologiyalardan xəbər verir. Bu simptomun yaranmasına bir çox faktorlar təsir göstərir:

Qadının cinsi həyatının xarakteri;
Aparılan cərrahi müdaxilələr;
Yaş;
Hamiləlik, laktasiya, zahılıq (doğuşdan sonrakı period) dövrü;
Hormonal fonun dəyişməsi;
Zəifləmiş immunitet;
Zöhrəvi xəstəliklər;
Qadın cinsiyyət orqanı xəstəlikləri;
Maddələr mübadiləsinin pozulması;
Xarici amillər: iqlim, stress, yeni mühit (iş və ya yaşayış yeri), normadan artıq yemək və s.

Aybaşı zamanı qara rəngli qanın gəlməsi hamiləliklə bağlıdır?

Hamiləlik zamanı adətən aybaşı olmur. Bəzən yaxma şəkilli çox az miqdarda selikli, qanlı ifrazat yarana bilər. Aktiv cinsi həyat sürən qadında hamiləlik testi pozitiv göstərirsə və eyni zamanda tünd rəngli axıntı müşahidə edilirsə, mütləq ginekoloqla əlaqə saxlanılmalıdır. Çünki bu əlamət uşaqlıqdan kənar hamiləliyə işarə edə bilər.

Aybaşı zamanı qanın qara gəlməsi – infeksiyalar

Cinsi yolla keçən infeksiyalar təhlükəli olmaqla yanaşı, həm də onların müalicəsi çətinliklə başa gəlir. Bu xəstəliklər qadın orqanizmdə ciddi fəsadlar törədir. Uşaqlıq yolunun qaşınması, qarında ağrılar, cinsi əlaqə zamanı diskomfort hissi infeksiyanın göstəricisidir. Bu da öz növbəsində patoloji aybaşı ilə müşayiət olunur.

Menstruasiya vaxtı qara qan qonoreya, sifilis, xlamidioz kimi infeksiyalar fonunda əmələ gələ bilər.

Aybaşı vaxtı qanın qara gəlməsi ilə müşayiət olunan xəstəliklər
Endometrit, salpingit, ooforit, servisit. Endometrit – uşaqlığın daxili qişasının, salpingit – uşaqlıq borularının, ooforit – yumurtalıqların, servisit isə uşaqlıq boynunun iltihabıdır;
Uşaqlığın polipləri;
Papilloma virusun törətdiyi uşaqlıq boynu xərçəngi;
Endometriumun hiperplaziyası (qalınlaşması) – xərçəngönü xəstəlik;
Endometrioz – uşaqlığın daxili qişasında patoloji iltihab ocaqlarının inkişafı;
Uşaqlıq boynunun eroziyası;
Cinsi orqanlarda keçirilən bəzi cərrahi əməliyyatlar.

Aşağıda sadalanan əməliyyatların nəticəsində aybaşı qanı qara ola bilər:
Mioma və polipin rezeksiyası;
Yumurtalıqların laporoskopiyası;
Uşaqlığın hissəvi rezeksiyası (kəsilməsi);
Küretaj.

Bu manipulyasiyalar endometriumu zədələdiyindən menstrual qanın rəngi tündləşir.

Uşaqlıqdaxili spiral kontraseptiv vasitə kimi, yəni hamiləlikdən qorunmaq üçün çox effevtivdir. Lakin spiraldan istifadə edən bəzi qadınlarda aybaşı zamanı axıntının artması, qara gəlməsi müşahidə olunur.

Aybaşı zamanı qanın qara gəlməsi necə müalicə olunur?

Bu simptom müxtəlif xəstəlik və ya faktorlarla bağlı olduğundan müalicə fərqli sxem üzrə aparılır. Yadda saxlamaq lazımdır ki, aybaşı zamanı qanın qara gəlməsi deyil, bu əlamətin altındakı səbəb aradan qaldırılmalıdır. Eyni zamanda aybaşı dövründə qara rəngli ifrazata yol verməmək üçün aşağıdakı qaydalara əməl edin:

Pambıq materialdan hazırlanmış alt paltarı geyinin. Belə geyimlər hava axınını tənzimləməklə, bakteriyaların toplanmasının qarşısını alır;
Bezləri və tamponları tez-tez dəyişin;
Kip alt paltarından imtina edin;
Heç bir halda özünü müalicə ilə məşğul olmayın;
Zöhrəvi xəstəliyiniz varsa, spesifik müalicə alın;
Cərrahi müdaxilələrdən sonra reabilitasiya olunun.

Aybaşı zamanı qanın qara gəlməsi yalnız medikamentoz (dərman) deyil, həm də cərrahi müalicə tələb edən xəstəliyin əlaməti ola bilər. Bu səbəbdən qara axıntı ilə qarşılaşdıqda mütləq ginekoloqa müraciət edin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2046
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 247
Xəbər sayı: 818
diablo
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
19 may 2020 15:38
3
Only my loved ones are in my book called Life.
Şərh sayı: 15070
Xəbər sayı: 6883
YalniZ-ArZu
diqqetli olmaq lazimdi, bezi problemleri gozardi etmek olmaz.
19 may 2020 12:53
2
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Şərh sayı: 80415
Xəbər sayı: 30
BARBI
Her kesde ola biler.Vaxtinda hekim muayinesinde kecmek lazimdir
18 may 2020 22:25
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri