Hormonal preparatlar haqqında bilmədikləriniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 11 240
Səs ver:
(səs: 0)
Hormonal preparatların həkim tərəfindən təyin olunması əksər insanlarda qorxuya səbəb olur.
Tərkibində hormonlar olan dərmanlar haqqında müxtəlif şəiyələr gəzir. Bu şəyalərin əksər hissəsinin həqiqətlə heç bir əlaqəsi yoxdur.
1. Hormonal müalicə bir çox xəstəliklər və pozulmalar zamanı istifadə olunur. Məsələn, şəkərli diabetin 1-ci tipində xəstəyə insulin (mədə altı vəzi hormonu) təyin olunur.
Qalxanvari vəzi fəaliyyətinin azalması zamanı xəstəyə çatışmayan qalxanvari vəzi hormonları (baqotiroks, eutiroks və s. preparatlar) təyin olunur. Bəzi qalxanvari vəzi xəstəlikləri zamanı vəz qismən və ya tam şəkildə xaric olunur. Bu halda xəstəyə mütləq şəkildə qalxanvari vəzi hormonları təyin olunur, və xəstə bu hormonları ömrünün sonuna kimi qəbul edir.
Müxtəlif ağır iltihablar (meninqit, pnevmoniya, peritonit və s.), allergik xəstəliklər və reaksiyalar zamanı (bronxial astma, udlaq ödemi, dərman preaparatların qəbulundan sonra inkişaf edən allergik reaksiya və s.), şok zamanı (travmadan, yanıqdan və s. sonra) deksametazon (böyrəküstü vəzi hormonu) təyin olunur. Deksametazon bir çox göz damcıların tərkibinə daxildir.
Böyrəküstü vəzi hormonları (kortizon və hidrokortizon) prednizalon preparatın tərkibinə daxildir. Bu preparat da iltihab, allergiya, şok əleyhinə təsir edir.
Qadında müxtəlif səbəblərə görə yumurtalıqlar və uşaqlıq cərrahi yolu ilə xaric olunduqda, qadının orqanizmində qadın hormonların səviyyəsi kəskin enir və bu müxtəlif pozulmaların inkişafına yol açır. Bu səbəbdən belə əməliyyatlardan sonra qadına xüsusi hormonal müalicə (çatışmayan qadın hormonları) təyin olunur.
Bəzi qadın sonsuzluğu formalarında qadınlara hormonal müalicə təyin olunur.
Bəzi kişi sonsuzluğu formalarında spermanın keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə kişilərə kişi hormonları təyin olunur.
2. Hormonal preparatlar, bütün digər preparatlar kimi, yalnız həkim tərəfindən və yalnız lazım olan müayinə və analizlərdən sonra təyin olunur. Hormonal preparatların dozası və bir çox hallarda qəbul vaxtı həkim tərəfindən dəqiq şəkildə təyin olunur. Xəstə həkimin tövsiyələrinə dəqiq şəkildə riayət etməzsə, dərmanın təsiri azalacaq və ya dərman heç təsir etməyəcək. Belə ki, hormonal kontraseptiv preparatları (hamiləlik əleyhinə preparatlar) dəqiq qəbul etməyən qadın (həb hər gün eyni vaxtda qəbul olunmalıdır), hamilə qala bilər.
Hormonal preparatların dozasını həkimin məsləhəti olmadan artırmaq və ya azaltmaq olmaz. Bu xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxarda bilər.
3. Tərkibində qadın hormonları olan preparatların bir hissəsi hamiləliyin qarşısını alır, digərləri isə əksinə qadında pozulmuş hormonal fonu normallaşdıraraq hamiləliyin baş tutmasına kömək edir.
Bəzi qadın sonsuzluğu formalarında (ovulyasiya baş vermədikə) qadına müəyyən müddət ərzində (adətən 3-6 ay) hamiləlik əleyhinə preparatlar təyin olunur. Bu zaman yumurtalıqlar "dincəlir". Daha sonra preparatın qəbulu dayandırılır və qadında ovulyasiya baş verir.    
Bəzi qadınlar hesab edir ki, hamiləlik zamanı hormonal preparatlar "ziyanlıdır". Bu tam yanlış fikirdir. Hamiləlik zamanı hamiləliyin saxlanması və normal inkişafı üçün müəyyən hormonal preparatlar (adətən tərkibində proqesteron hormonu olan) təyin oluna bilər.
4. Bəzi hallarda hormonal müalicə müəyyən müddət əhatə edir (məsələn, iltihablar, allergiyalar zamanı və s.), digər hallarda isə insan ömrünün sonuna kimi hər hansı hormonları qəbul etməlidir (məsələn, şəkərli diabet, bəzi qalxanvari vəzi pozulmaları zamanı və s.).
5. İnsanların əksəriyyəti hormonları çox "ziyanlı" hesab edir. Hormonlar xəstəyə yalnız həyati vacib hallarda təyin olunur və bu dərmanların qəbul olunmaması xəstədə müxtəlif ağır pozulmalara gətirib çıxardır. Məsələn, şəkərli diabet xəstəliyi olan insan insulindən imtina etdiyi halda, az bir müddət ərzində məhv ola bilər. Qalxanvari vəzi hormonları çatışmazlığı orqanizmdə müxtəlif ağır pozulmalara səbəb olur.
6. İnsanların bir çox hissəsi hesab edir ki, hormonal preparatların çoxlu yanaşı təsirləri var. Nəzərinizə çatdıraq ki, istənilən dərman preparatın qəbulu yanaşı təsirlərin inkişafına səbəb ola bilər.
Hormonal müalicə adətən uzunmüddətli olur və bu səbəbdən yanaşı təsirlərin inkişafı riski də bir qədər artır. Lakin xəstə daim müalicə həkiminin nəzarətində olduqda və həkimin bütün tövsiyələrinə dəqiq şəkildə riayət etdikdə, ciddi yanaşı təsirlərin inkişafı riski olduqca azalır.
Qadın hormonları qəbulu zamanı inkişaf edən bəzi pozulmalar normal sayılır və dərmanın qəbulunun dayandırmasını tələb etmir. Belə ki, hamiləlik əleyhinə hormonal preparatlar ilk aylarda menstruasiyalar arası qanlı ifrazatlar, baş ağrıları, başgicəllənməsi, çəkinin bir qədər artmasına (2 kq kimi) səbəb ola bilər. Bütün bunlar patologiya sayılmır. Sadəcə qadının orqanizmi hormonal fonunda olan dəyişikliklərə öyrəşir (adaptasiya edir). 1-2 aydan sonra bütün bu xoşagəlməz hallar adətən yox olur.
7. Bir çox hallarda hormonal müalicə uzunmüddətli olur. Bu səbəbdən xəstə müəyyən fasilələrlə müalicə həkiminin müayinəsindən keçməli, lazım olan analizlər verməlidir. Bəzən müəyyən müddətdən sonra xəstənin vəziyyətində olan dəyişiklikləri nəzərə alaraq müalicə həkimi dərman preparatın dozasını artırır, azaldır və ya preparatın qəbulunu dayandırır.
8. Hormonal müalicə alan bir çox insanlar həkimlərdən bu preparatların digəri ilə əvəz olunması haqqında soruşur. Əksər hallarda bu mümkün deyil. Məsələn, qadın hormonları çatışmazlığı zamanı orqanizmə məhz qadın hormonları, qalxanvari vəzi hormonları çatışmazlığı zamanı - qalxanvari vəzi hormonları tələb olunur və onları heç bir digər vasitələrlə əvəz etmək mümkün deyil.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 11 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri