Vagina üçün təhlükəli 4 hərəkət

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 24 855
Səs ver:
(səs: 10)
Qadınlar üçün vagina sağlığı olduqca önəmlidir. Ancaq heç fərqinə varmadan gün ərzində etdiyiniz bəzi hərəkətlərlə vaginanıza zərər vermiş olursuz.

Sabun və ya duş gelini çox istifadə etmək
Sabun kimi təmizləyici məhsullar vagina dodaqlarının qıcıqlanmasına səbəb ola bilər. Hamam köpükləri və hamam duzları da tərkibindəki kimyəvi maddələr səbəbi ilə sabun kimi vaginanızda qıcıqlanmaya səbəb ola bilər. Hamam duzlarından uzaq durun.

İdman sonrası geyimləri dəyişdirməmək
İdmandan sonra tərləyən paltarı bakteriya yaradır və bu da vagina sağlığı üçün böyük risk daşıyır. Bakteriya vagina kanallarına düşərsə, vagina mikroblarının nizamını pozar və infeksiya yaranar.

Velosipedə minərkən yastıqlı tayt geyinməmək
Velosipedə minərkən vagina dodaqlarında yanma, acı hiss edirsizmi? Bu zaman sinir və qasıqlarınızda qan damarları sıxışmağa başlayır və sonda vaginada acı hiss edərsiz. Velosiped oturacağının sükandan daha yüksəkdə olması vaginanın zərər görməsinə səbəb olur. Buna görə velosiped üçün özəl yastıqcalı taytlar geyinin.

Körpə yağını sürüşkənləşdirici olaraq istifadə etmək
Qadınların çoxu sevişmə öncəsi tez nəticə üçün körpə yağı istifadə edir. Ancaq bu körpə yağları vaginadan asan təmizlənmirlər. Vagina kanallarını tıxayan körpə yağları infeksiyaya da səbəb ola bilər. Buna görə silikon, ya da su tərkibli sürüşkənləndiricilər istifadə edin.
(səs: 10)
Şərhlər: 9
Baxılıb: 24 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri