Qadın cinsiyyət sisteminin xərçənginin 10 əsas əlaməti

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 1532
Paylaş:
Səs ver:
(səs: 0)
Hər il bütün dünyada müxtəlif növ xərçəng xəstəliklərinə tutulan və bu xəstəliklərdən dünyasını dəyişən insanların sayı artır. Bu tendensiya Azərbaycanda da izlənilir.
Nəzərinizə çatdıraq ki, hal hazırda ilkin mərhələlərində aşkar olunmuş xərçəng xəstəliklərinin əksər hissəsi çox uğurla müalicə olunur, insanlar tam sağalır və daha sonra adi həyat sürürlər. Lakin əsas problem ondan ibarətdir ki, xərçəng çox hiyləgər xəstəlikdir və ilkin mərhələlərdə əksər hallarda özünü çox cüzi simptomlarla büruzə verir. Lakin məlumatlı insan bu simptomları vaxtında görüb həkimə müraciət edə bilər.
Qadın cinsiyyət sistemi onkoloji xəstəliklərinə bütün dünyada kifayət qədər tez-tez təsadüf edilir. Qadınlar arasında uşaqlıq boynu xərçəngi ən tez-tez təsadüf edilən xərçəng növüdür.

Qadın cinsiyyət sistemi xərçənginə bu kimi əlamətlər işarə edə bilər:

1. Qarın nahiyəsində ağrılar. Belə ağrılar qadını daim narahat edir, göbəkdən aşağıda hiss olunur, sıxıcı xarakter daşıyır. Ağrıların menstruasiya qabağı sindromu ilə əlaqəsi olmur. Belə ağrılar yumurtalıqlar, uşaqlıq boynu, uşaqlıq yolu, uşaqlıq xərçənginin simptomu ola bilər.
2. Qarında köp. Əgər köp qadını tez-tez narahat edirsə, keçmirsə, bu yumurtalıqlar xərçənginin simptomu ola bilər.
3. Bel nahiyəsində olan daim ağrılar da yumurtalıqlar xərçənginin simptomu ola bilər.
4. Qadın cinsiyyət sistemi xərçənginin ən xarakterli simptom qanaxmalardır. Menstruasiya zamanı qanaxmanın həddən artıq güclü olması, menstruasiyalar arasında "səbəbsiz" qanaxmalar, cinsi əlaqə zamanı və cinsi əlaqədən sonra qanaxmalar uşaqlıq boynu və yumurtalıqlar xərçənginin əlaməti ola bilər.
5. Hərarətin daim səbəbsiz olaraq qalxması xərçəngin əlaməti ola bilər.
6. Qəbizliklə növbələşən ishal, köp qadın cinsiyət sistemi xərçənginin əlaməti ola bilər.
7. Bədən çəkisinin səbəbsiz olaraq azalması. Əgər qadın heç bir pəhriz saxlamır, adi qaydada qidalanır, lakin ona baxmayaraq 1 ay ərzində 3 kq və bundan artıq çəki itiribsə, bu ciddi simptom sayılır.
8. Uşaqlıq yolundan anomal ifrazatların (qanlı, irinli) olması, uşaqlıq yolunun rənginin dəyişilməsi, burada yaraların, qabarların və s. əmələ gəlməsi cinsiyət sistemi xərçənginin əlaməti ola bilər.
9. Qadının süd vəzilərində istənilən dəyişikliklər (dərinin rənginin dəyişilməsi, döşdə yenitörəmənin aşkar olunması, döş giləsinin formasının dəyişilməsi, gilələrdən ifrazatların olması - qanlı, irinli və s.) süd vəzi xərçənginin əlaməti ola bilər.
10. Xroniki səbəbsiz yorğunluq xərçəngin ən yayılmış simptomlarından biridir.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1532
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv