Son zamanlarda ginekoloji praktikada qadınlar arasında "uşaqlıq yolunun disbakteriozu” (uşaqlığın normal sağlam mikroflorasının pozulması) adlanan və geniş yayılmış olan patoloji haldan daha çox danışılır. Mikrofloranın normal olması, qadının ginekoloji sağlamlığının qorunmasında, onun ana olmaq qabiliyyətinin saxlanmasında çox vacib hesab edilir. Uşaqlıq yolunun sağlam mikroflorası qadının reproduktiv sistemini, qadın cinsi orqanlarının bir çox iltihabı xəstəliklərini törədan qorxulu mikroblardan, müxtəlif infeksiyalardan qoruyur.
Uşaqlıq yolunun normal turşuluq səviyyəsinin saxlanması çox vacib hesab edilir. Belə ki, uşaqlıq yolunun normal turşuluq səviyyəsi kəskin şəkildə dəyişmiş olarsa, cinsi əlaqə zamanı buraya düşən spermatozoidlər bu cur mühitdə məhv ola bilərlər ki, bunun da nəticəsində mayalanma, daha sonra isa hamiləlik baş verməyə bilər. Bundan başqa, laktobakterilar qadın sağlamlığı üçün zərərli hesab olunan mikrobların böyüməsinin və çoxalmasının da qarşısını alırlar.
Uşaqlıq yolunun disbakteriozu (və ya bakterial vaginoz) zamanı laktobakterilərin miqdari xeyli dərəcədə azalmış olur ki, bunun da nəticəsində qadın orqanizmi üçün təhlükəli hesab edilən digər bakteriyalar aktiv şəkildə çoxalmağa başlayırlar. Belə hesab edilir ki, qadınların böyük bir hissəsi bu və ya digər dərəcədə bu xəstəliyə məruz qalırlar.
Əksər qadınların hesab etdiyinin əksinə olaraq, həqiqətdə uşaqlıq yolunun disbakteriozu heç da zərərsiz (və ya az zərərli) xəstəlik hesab edilmir. Disbakterioz zamanı bir müddət keçdikdən sonra, burada xeyli dərəcədə artmağa başlayan patogen bakteriyalar, sonrakı dövrdə uşaqlıq yolunun (vaginit), uşaqlıq boynunun (servisit) və uşaqlığın özünün (yəni hər zaman bilavasitə təmasda olduqları orqanların) iltihabını törədə bilər. Bundan başqa, xəstəlik törədici bakteriyalar uşaqlıq yolundan çox asanlıqla sidik ifrazı kanalına keçərək (uretrit), həmçinin sidik kisəsinin özünün (sistit) da iltihabına səbəb ola bilər.
Yuxarıda göstərilən "həddindən artıq təmizkarlıqdan” başqa, hormonal dərman preparatlarının qəbul edilməsi, endokrin sistemi xəstəlikləri (şəkərli diabet va s.), bağırsaq disbakteriozu, kiçik çanaq orqanlarının müxtəlif xəstəlikləri, oral (ağızdan qəbul edilən) kontraseptiv (mayalanma prosesinin qarşısını alan) dərman preparatları, uşaqlıq daxili spirallar, streslər, müxtəlif xəstəliklər səbəbindən qadın immunitetinin zəifləməsi və s. bu kimi hallar da uşaqlıq yolu mikroflorasinın pozulmasına səbəb ola bilərlər.
Uşaqlıq yolu (vaginal) disbakteriozuna şübha olduğu halda, hakim-ginekoloq uşaqlıq yolunun mikroflorasmin müayinəsi və cinsi yolla keçən infeksiyalara gora müayinə təyin edir. Uşaqlıq yolu (vaginal) disbakteriozuna cinsi yolla keçən infeksiyalar səbəb olmuş olarsa, müvafiq müalicə aparmaqla, ilk növbədə hamin xəstəlik törədicisini aradan götürmək lazımdır. Bu halda müalicə qadınla yanaşı, onun həyat yoldaşına da təyin edilir. Disbakteriozun yaranmasının səbəbi başqa faktor olduqda isa, hakim onun müalicəsi üçün digər müalicə üsullarından istifadə edir.