Qadınların hәyatında vacib olan 6 hormon

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 317
Səs ver:
(səs: 1)
Qadınların sağlamlığı vә әhval ruhiyyәsi әsasәn qanda olan hormonların sәviyyәsindәn asılıdır. Onların orqanizmә olan tәsirini anlamaq vә onların tәbii yolla idarә olma mexanizmini bilmәklә, hәr bir qadın öz cavanlığını vә ruhi hormoniyasını әldә edә bilәr.Belәliklә bu siyahını sizә tәqdim edirik:

Endorfin hormonu.
Böyük sevinc, şadlanma hissi vә xoşbәxtliyi tam ürәklә hiss etmәyә kömәk edәn mәhz ­ endorfin hormonudur. Onun orqanizmә tәsiri hәqiqәtәn әvәzolunmazdır, belә ki, o, hәtta ağrı hissini dә keylәşdirә bilir.
İdarә etmә üsulu:
Özünüz üçün aromaterapiya seansı tәşkil edin, belә ki, әtirli nanәnin efir yağını nәfәsinizә alaraq, siz nәinki sakitlәşirsiniz, hәm dә sevinc hissi yaşaya bilirsiniz. Bunun sәbәbi odur ki,  nәfәs aldığınız zaman nanә efiri burunun sinir reseptorlarını stimullaşdıraraq, beyinә endorfinin sekresiyasının yüksәlmәsi haqda siqnalı göndәrir. Bununla әhval ruhiyyә yüksәlir, hәyat tonusu güc yığır. Әdviyyatlar istifadә edin. Acı yemәklәr yediyiniz zaman, dilin ucunda olan sinir sonluqları qıcıqlanaraq, "sevinc hormonunun" istehsalını çoxaldır. Buna görә az da olsa, әsasәn qış aylarında acı yemәklәr yemәk lazımdır. Tәbii ki sağlamlıqla bağlı әks göstәrişlәri unutmamaq şәrtilә!
 
Leptin, qrelin hormonu.
Leptin hormonu ­ orqanizmdә sәviyyәsi pozulduqda artıq çәki problemini yaradan әsas sәbәblәrdәn biridir. Leptini (onu toxluq hormonu da adlandırırlar)piy hüceyrәlәri istehsal edir. Bu hormon yemәkdәn aldığınız kalorilәrin dәrhal itifadә olunması vә ya piy ehtiyatlarında saxlanılmasına qәrar verir. Bundan әlavә onda beyinә lazımı vaxtda toxluq siqnalının göndәrilmәsi sәlahiyyәti dә vardır. Qrelin hormonu isә әksinә, aclıq hissi haqda siqanl verir.
İdarә etmә üsulu:
Doyunca yatın. Әgәr sutkada 7 saatdan az yatmaq adәti almısınızsa, o zaman orqanizmdә qrelinin sәviyyәs artır, leptinin sәviyyәsi isә azalır. Bu halda, piylәnmә zaman söhbәtidir. Normal yuxu yatmaq üçün problemlәri yataq otağınıdan uzaq tutmaq lazımdır.
 
Dopamin hormonu.
İkinci adı ­ yaddaş hormonudur. Onun istehsalına baş beyin cavabdehdir. Dopamini sәviyyәsi ­ iş qabiliyyәtiniz, konsentrasiya vә informasiyanın uzunmüddәtli saxlanılmasını tәmin edir.
İdarә etmә üsulları:
Musiqi dinlәyin. Sevdiyiiz musiqi әsәrlәrinin akkordları nәinki ümumi әhvalınızı qaldıracaq, hәmçinin dopaminin istehsalını aktivlәşdirәcәk.
 
Oksitosin hormonu.
Әksәr xanımlar әmindirlәr ki, analıq instiktı doğuşdan sonra yaranır. Bu qismәn doğrudur, belә ki,hәmçinin bağlılıq hormonu adlandırılan bu hormonun istehsalı doğuş dövrü ilә sıx әlaqәlidir. Onun sayәsindә biz sevib vә sevilә bilirik.
İdarә etmә üsulları:
O xanımlar ki, onları uşaqları vә hәyat yoldaşı çox qucaqlayır, onlarda oksitosinin sәviyyәsi çox olur. Qucaqlama hәmçinin tәzyiqin azalmasına tәsir edir. Ürәkdәn oxuyun. Alimlәr qeyd edirlәr ki, professsional müğәnnilәrdә vokal çıxışlardan sonra oksitosinin qanda olan sәviyyәsi artır. Lakin burda sәbәb, yaxşı oxumaqda deyil, dәrin tәnәffüsdәdir.
 
Testesteron hormonu.
Biz onu kişi hormonu adlandıraraq, onu hәr cürә bәdәndәn qovmağa çalışırıq. Bu düzgün deyil, belә ki, mәhz onun sayәsindә biz aktiv vә özümüzә güvәni hissi qazanırıq.
İdarә etmә üsulları:
Hәrәkәt edin. Siz nә qәdәr çox hәrәkәt edirsiznizsә, o qәdәr orqanizminiz enerji vә güc ehtiyatına  malik olur. Testeronun sәviyyәsinin normadan yüksәk vaxtı, fiziki yüklәnmәdәn sonradır. Enerji ehtiyatınız qurtardığında durub hәrәkәt edin, vә ya әn azında mağazaya çıxın.
Rasionunuza fikir verin. Sink mineralı ­ cinsi testesteron hormonunun sekresiyası üçün vacib şәrtdir. Onu qidadan almaq olar. Böyük insanın norması gündә 25 mlq­dır. Bu normanı ­ 1 stәkan yoqurt, 170 qr mal әti vә ya bir ovuc balqabaq tumundan almaq mümkündür .
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 317
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri