Qadınların sağlamlığı vә әhval
ruhiyyәsi әsasәn qanda olan
hormonların sәviyyәsindәn asılıdır.
Onların orqanizmә olan tәsirini
anlamaq vә onların tәbii yolla idarә
olma mexanizmini bilmәklә, hәr bir
qadın öz cavanlığını vә ruhi
hormoniyasını әldә edә bilәr.Belәliklә
bu siyahını sizә tәqdim edirik:
Endorfin hormonu.
Böyük sevinc, şadlanma hissi vә
xoşbәxtliyi tam ürәklә hiss etmәyә
kömәk edәn mәhz endorfin
hormonudur. Onun orqanizmә tәsiri hәqiqәtәn әvәzolunmazdır, belә ki, o, hәtta ağrı hissini dә
keylәşdirә bilir.
İdarә etmә üsulu:
Özünüz üçün aromaterapiya seansı tәşkil edin, belә ki, әtirli nanәnin efir yağını nәfәsinizә
alaraq, siz nәinki sakitlәşirsiniz, hәm dә sevinc hissi yaşaya bilirsiniz. Bunun sәbәbi odur ki,
nәfәs aldığınız zaman nanә efiri burunun sinir reseptorlarını stimullaşdıraraq, beyinә endorfinin
sekresiyasının yüksәlmәsi haqda siqnalı göndәrir. Bununla әhval ruhiyyә yüksәlir, hәyat tonusu
güc yığır.
Әdviyyatlar istifadә edin. Acı yemәklәr yediyiniz zaman, dilin ucunda olan sinir sonluqları
qıcıqlanaraq, "sevinc hormonunun" istehsalını çoxaldır. Buna görә az da olsa, әsasәn qış
aylarında acı yemәklәr yemәk lazımdır. Tәbii ki sağlamlıqla bağlı әks göstәrişlәri unutmamaq
şәrtilә!
Leptin, qrelin hormonu.
Leptin hormonu orqanizmdә sәviyyәsi pozulduqda artıq çәki problemini yaradan әsas
sәbәblәrdәn biridir. Leptini (onu toxluq hormonu da adlandırırlar)piy hüceyrәlәri istehsal edir. Bu
hormon yemәkdәn aldığınız kalorilәrin dәrhal itifadә olunması vә ya piy ehtiyatlarında
saxlanılmasına qәrar verir. Bundan әlavә onda beyinә lazımı vaxtda toxluq siqnalının
göndәrilmәsi sәlahiyyәti dә vardır. Qrelin hormonu isә әksinә, aclıq hissi haqda siqanl verir.
İdarә etmә üsulu:
Doyunca yatın. Әgәr sutkada 7 saatdan az yatmaq adәti almısınızsa, o zaman orqanizmdә
qrelinin sәviyyәs artır, leptinin sәviyyәsi isә azalır. Bu halda, piylәnmә zaman söhbәtidir. Normal
yuxu yatmaq üçün problemlәri yataq otağınıdan uzaq tutmaq lazımdır.
Dopamin hormonu.
İkinci adı yaddaş hormonudur. Onun istehsalına baş beyin cavabdehdir. Dopamini sәviyyәsi iş
qabiliyyәtiniz, konsentrasiya vә informasiyanın uzunmüddәtli saxlanılmasını tәmin edir.
İdarә etmә üsulları:
Musiqi dinlәyin. Sevdiyiiz musiqi әsәrlәrinin akkordları nәinki ümumi әhvalınızı qaldıracaq,
hәmçinin dopaminin istehsalını aktivlәşdirәcәk.
Oksitosin hormonu.
Әksәr xanımlar әmindirlәr ki, analıq instiktı doğuşdan sonra yaranır. Bu qismәn doğrudur, belә
ki,hәmçinin bağlılıq hormonu adlandırılan bu hormonun istehsalı doğuş dövrü ilә sıx әlaqәlidir.
Onun sayәsindә biz sevib vә sevilә bilirik.
İdarә etmә üsulları:
O xanımlar ki, onları uşaqları vә hәyat yoldaşı çox qucaqlayır, onlarda oksitosinin sәviyyәsi çox
olur. Qucaqlama hәmçinin tәzyiqin azalmasına tәsir edir.
Ürәkdәn oxuyun. Alimlәr qeyd edirlәr ki, professsional müğәnnilәrdә vokal çıxışlardan sonra
oksitosinin qanda olan sәviyyәsi artır. Lakin burda sәbәb, yaxşı oxumaqda deyil, dәrin
tәnәffüsdәdir.
Testesteron hormonu.
Biz onu kişi hormonu adlandıraraq, onu hәr cürә bәdәndәn qovmağa çalışırıq. Bu düzgün deyil,
belә ki, mәhz onun sayәsindә biz aktiv vә özümüzә güvәni hissi qazanırıq.
İdarә etmә üsulları:
Hәrәkәt edin. Siz nә qәdәr çox hәrәkәt edirsiznizsә, o qәdәr orqanizminiz enerji vә güc ehtiyatına
malik olur. Testeronun sәviyyәsinin normadan yüksәk vaxtı, fiziki yüklәnmәdәn sonradır. Enerji
ehtiyatınız qurtardığında durub hәrәkәt edin, vә ya әn azında mağazaya çıxın.
Rasionunuza fikir verin. Sink mineralı cinsi testesteron hormonunun sekresiyası üçün vacib
şәrtdir. Onu qidadan almaq olar. Böyük insanın norması gündә 25 mlqdır. Bu normanı 1 stәkan
yoqurt, 170 qr mal әti vә ya bir ovuc balqabaq tumundan almaq mümkündür .