Qadınlarda genital (intim) gigiyena - Həkim məsləhəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 542
Səs ver:
(səs: 2)
Ginekoloq Nərminə Əskərova Yazır:

Normada uşaqlıq yolunda mikroflora bir çox mikroorqanizmlərdən ibarətdir. Bu mikroorqanizmlər arasındakı tarazlığın pozulması infeksiyalara yol açaraq cinsi orqanların sağlamlığına zərər verə bilər. Xüsusilə, döderlein basilleri və ya laktobasiller olaraq adlandırılan faydalı bakteriyaların varlığı qadın sağlamlığı baxımından çox əhəmiyyətlidir. Bu mikroorqanizmlər uşaqlıq yolunun turş mühitini təmin edərək göbələk və bakteriyaların çoxalmasının qarşısını alırlar. Hər hansı bir səbəblə laktobasiller azaldığında (antibiotik ilə müalicə, qeyri-düzgün qidalanma, bağırsaq infeksiyaları, xroniki iltihabi xəstəlikləri, immun çatışmazlığı, allergiya, iqlim zonaları dəyişdirilməsi) uşaqlıq yolunda turşu mühiti pozulur və infeksiya processin baş verməsi asanlaşır.

Genital gigiyena – cinsi organların təmiz və sağlam qalması deməkdir. Bədənin bu hissəsi (xarici cinsi orqanların hamısı) dəri, selikli qişa, nəmli sahələrdən ibarətdir. Normada uşaqlıq yolunda qoxusuz selikli ifrazat olur. İfrazat uşaqlıq yolunun təmiz və sağlam qalmasını təmin edir. Uşaqlıq yolunun tez-tez yuyulması problem yaradır. Çünki uşaqlıq yolunun içinə su və yuyucu maddələr daxil olaraq ('təmizlik' edilməyə üçün) faydalı laktobasilerin miqdarının azalmasına və turşu mühitinin zərər görməsinə səbəb ola bilər. Bu bölgədəki dəri və selikli sahələr çox həssasdır. Ona görə, ona zərər verə biləcək ağır kimyəvi maddələr istifadə edərək, yumamaq çox əhəmiyyətlidir. Cinsi orqanları çox tez-tez yumaq və ya qurulayarkən çox sərt bir şəkildə ovalamak buradakı dəriyə zərər verə bilər. Əgər bu bölgəylə əlaqədar bir probleminiz varsa, çöldən ilıq su və xususi intim gel ilə yumaq ən yaxşı həlldir.

Alt paltarlarınızı yumşaq bir yuyucu vasitəsi ilə yuyun, gündəlik olaraq dəyişin və neylon yerinə pambıqlı alt paltarları seçin.Tək istifadəlik bezlər istifadə edilə bilərsiniz. Ən yaxşısı təbii pambıq və allergiya yaratmaq riski aşağı olan məhsulların istifadəsidir.

Bezlər rəngsiz və qoxusuz olmasına diqqət edin. Sizə ən uyğun olan məhsulu istifadə etməlisiz və tez-tez dəyişdirməlisiz. Vaginal tamponu dəyişdirdiyiniz andan etibarən qanla təmas olan bakteriyalar sürətlə çoxalmağa başlayır. Menstruasiya zamanı mütləq yaxşı hopturan gigiyenik bezləri istifadə etməlisiz və bezləri hər 3-4 saatta bir dəyişdirilməsiz. Menstruasiya genital infeksiyalar baxımından ən riskli dövrdür. Ona görə bu dövrdə duş alma sıxlığını artırmaq, genital infeksiyaları qarşısını almaq baxımından, çox əhəmiyyətlidir.

Yaş dəsmal, dezodorant, antiseptik su və ya digər kosmetik - təmizləmə məhsulları istifadə etməyin. Bu bölgədə problem olan qadınlar yalnız həkimləri tərəfindən təyin edilən məhsulları və üsulları istifadə etməlidir. Genital sahəni keyfiyyətli tualet kağızı ilə öndən arxaya doğru təmizlənməsi tələb olunur. Genital sahəni arxadan önə təmizləndiyi zaman mikroorqanizmlər, anal sahədən uşaqlıq yoluna və uretraya doğru yayılaraq infeksiyalara səbəb olur.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri