Kilimaksın əlamətləri

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 473
Paylaş:
Səs ver:
(səs: 0)
Klimaks (menopauza) qadın orqanizmində baş verən təbii fizioloji prosesdir.
Klimaks qadının orqanizmində yumurta hüceyrəsinin yetişməsi, ovulyasiya və menstruasiya kimi proseslərin tədricən dayanması deməkdir.
Normada menopauza 45 yaşında başlayır. Lakin bəzən bu daha tez baş verir və qadın orqanizmində baş verən dəyişikliklərin səbəbini başa düşmür və digər pozulmalarla əlaqələndirir. Bu səbəbdən hər bir qadın klimaksın ilk simptomlarını bilməlidir:

- Menstrual dövrünün pozulması. Bu müxtəlif formalarda ola bilər. Menstruasiyalar daha gec-gec olur, qanaxma azala bilər. Bəzi qadınlarda isə əksinə menstruasiyalar güclü qanaxma ilə müşayiət olunur.
- Uşaqlıq yolunun selikli qişası daha quru olur ki, bunun nəticəsində uşaqlıq yolunda qaşınma, yandırma hiss oluna bilər, cinsi əlaqə zamanı xoşagəlməz hisslər yarana bilər.
- Sidik ifrazı tezləşir, öskürək və asqırma zamanı sidik saxlaya bilməməsi halı inkişaf edə bilər.
- Qadın gün ərzində bir neçə dəfə üzündə, sinəsində, əllərində güclü istilik hiss edir. Daha sonra qadın güclü tərləyir, ürəkdöyünməsi artır, nəfəsalma çətinləşir. Bu bir neçə dəqiqə ərzində davam edir və adətən gecələr baş verir. Buna "ilstilik gəlməsi" deyilir. Bu klimaksın ən birinci simptomlarındandır.
"İstilik gəlməsi" daha ağır və ya daha yüngül formalarda ola bilər.
- Klimaks zamanı qadının yuxusu pozula bilər (qadın gecə tez-tez oyanır, gündüz yuxulu olur, yuxuda xoruldayır).
- Ürəkbulanması, başgicəllənməsi, baş ağrısı, zəiflik kimi simptomlar meydana çıxa bilər.
- Klimaks zamanı qadının saçları güclü tökülməyə başlayır.
- Qadınlarda bel ağrıları, oynaqlarda ağrılar ola bilər.
- Üz dərisinin vəziyyəti pisləşir - dəri solğun olur, elastikliyini itirir, qırışlar əmələ gəlir.
- Qadın daha əsəbi, həyacanlı olur, depressiyaya düşə bilər.
- Qadınlarda güclü səsə, işığa, bəzi iylərə qarşı dözülməzlik yaranır.

loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 473
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv