Axıntı problemi olan qadınlar

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 302
Səs ver:
(səs: 0)
Fizioloji axıntı
Fizioloji axıntı olaraq xarakterizə edilən bu axıntının ən əhəmiyyətli xüsusiyyətləri axıntının uzun zamandan bəri var olması,hər gün olması, qoxusuz olması, rənginin şəffaf-ağ və ya açıq sarı rəngli olması, bərabərində ağrı, sidik edərkən yanma, qanama və digər əlamətlərdən heç birinin olmamasıdır. Bu xüsusiyyətlərə sahib bir axıntının bir xəstəlikdən qaynaqlanması çox ola biləcək deyil.

Bəzən fizioloji axıntı bez istifadəsi tələb edəcək qədər çox ola bilər. Əsasən gigiyenik bez istehsalçılarının "gündəlik bez" adı altında bir məhsul inkişaf etdirmələrinin səbəbi qadınlarda fizioloji axıntının nisbətən çox görülən bir vəziyyət olmasıdır.

Fizioloji axıntı, rahim ağzı ifrazatlarıyla birlikdə özünü davamlı olaraq yeniləyən vagina toxumasındakı artıqların atılmasından ibarətdir. Bu baxımdan baxıldığında fizioloji axıntının əslində əhəmiyyətli bir funksiyası olduğu deyilə bilər.

Fizioloji axıntılar hormonlar tərəfindən nəzarət edildiklərindən xüsusilə aktiv hormon istehsalının davam etdiyi artıma çağında görülərlər.

Fizioloji axıntı menstruasiya dövrünün hər günündə var ola biləcəyi kimi yalnız müəyyən günlərdə ortaya çıxa bilər. Yumurtlama dövründə rahim ağzından yumurta ağı konsistensiyasında aydın bir maye ifraz olunar və bu maye qadın tərəfindən əksəriyyətlə hiss edilərək "axıntı" olaraq xarakterizə edilər.

Unutmayın: Axıntının xüsusiyyətləri yuxarıdakılara uyğun gəlmirsə, bu sizdə bir problem olduğuna işarə edə bilər. Xüsusilə yeni başlayan, yəni öyrəşkən olmadığınız bir axıntı söz mövzusudursa öz özünüzə "fizioloji axıntı" diaqnozu qoymamalı və həkimə müraciət etməlisiniz.

Fizioloji olmayan axıntılar
Yeni ortaya çıxmış, tünd sarı, yaşıl, qəhvə rəngli, qanlı, köpüklənən, pis qoxulu, bərabərində ağrı, sidik edərkən yanma, normal xarici qanama kimi əlamətlərlə görülən bir axıntı çoxu vəziyyətdə bir genital sistem probleminə işarə edər və mütləq həkim qiymətləndirməsi tələb edir.

Axıntının qaynağı olan genital infeksiya çox vəziyyətdə vaginaya məhdud ikən (vajinit), bəzi vəziyyətlərdə rahimağzı infeksiyası (servisit) və ya genital sistemin daha üst bölgələrini tutan bir pelvik infeksiya söz mövzusu ola bilər.

İnfeksiya xaricində, nadir görülsə də xüsusilə rahim ağzındakı xərçəng qabaqcılı lezyonların və xərçənglərin də yalnız axıntı şəklində əlamət verə biləcəyi unudulmamalı və axıntının səbəbinin işıqlandırılması üçün qısa zamanda həkimə müraciət edilməlidir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri