Vajinal göbələk müalicəsində TÜRKƏÇARƏ YÖNTƏMİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 144 679
Səs ver:
(səs: 1)
Genital bölgədə qaşıntı, uşaqlıq yolu axıntısı, sidik edərkən yanma, cinsi əlaqədə ağrı varsa vajinal göbələk xəstəliyinə yaxalanmış ola bilərsiz. Hər yaşdan olan qadının başına gələn bu xəstəliyi əvvəlcədən yaxından tanıyaq sonra bitki müalicəsi haqqında məlumat alaq

İmmunitet sisteminin zəifləməsi, antibiotik və hamiləlikdən qorunma həbi istifadəsi, hovuz və vanna istifadəsi, uşaqlıq yolu içinin sabun və şampunla tez-tez yuyunması, neylon qarışıqlı alt paltarı geymək, stress kimi səbəblərlə vajinal göbələk xəstəliyi ortaya çıxır.

Vajinal göbələk əlamətləri adətən bu şəkildədir: Uşaqlıq yolu içərisində və kənarlarında hədsiz qaşıntı, uşaqlıq yolundan qoxusuz, qatı formada kəsik kəsik hissələrin gəlməsi, nadir hallarda vajinal quruluq, cinsi əlaqə əsnasında ağrı, sidik edərkən yanma hissi kimi həyat səviyyənizi salan vəziyyətlər yaşaya bilərsiz.

Vajinal göbələk müalicəsi üçün, əlbəttə, ən doğrusu ginekoloq həkimə görünüb bir müayinə olmaq və krem,tampon, həb istifadə etməkdir ancaq siz bu səhifəni oxuduğunuza görə, həkimə getmək əvəzinə bitki müalicələrdən istifadə etmək istəyirsiniz deməkdir. Biz də QADINLA.COM Qadın Portalı olaraq sizə vajinal göbələklə mübarizədə bitki müalicəsi üsullarını təqdim edirik.

Sirkə
2 su stəkanı ilıq suya 1 su stəkanı üzüm və ya alma sirkəsi qarışdırın və bu qarışıqla gündə iki dəfə uşaqlıq yolunuzu təmizləyin. Bundan başqa, gündə bir dəfə pambığı bu qarışığa batırıb tampon kimi uşaqlıq yolu içinə yerləşdirin. Sirkə, bu bölgədəki zərərli bakteriyaları təmizləyəcəkdir.

Qatıq

Qatıq, zərərli bakteriyaların yox edilməsinə və vajinal bölgədəki PH balansının tənzimlənməsini təmin edir. Hər gün qatıq yeyin və gündə iki dəfə vajinal bölgəyə qatıq sürün.

Böyük bir pambıq parçasını, ilıq çobanyastığı çayına batırın. Sonra vajinal bölgəni bu pambıqla, səhər və axşam olmaqla, gündə 2 dəfə öndən arxaya doğru yavaşca silin.

Kiçik bir qazana yarım dəstə cəfəri və bir su stəkanı suyu götürüb bir neçə dəqiqə qaynadın və ocaqdan endirin. Cəfərini kəfgir köməyilə süzün. Cəfəri suyunu isə təmizlik mərhələsində istifadə etmək üçün saxlayın. Əldə etdiyiniz cəfəri çöküntüsünü tənzif, ya da təmiz tənzif içinə qoyub, gigiyenik ped kimi qatlayın və uşaqlıq yolu içinə dəyəcək şəkildə yerləşdirib, sıx bir alt paltarı geyin. Təxminən 15 dəqiqə ərzində gözlədin. Müddətin sonunda çıxarıb əvvəlcədən hazırladığınız cəfəri suyla yuyun və təmiz su ilə yaxalayın.

Vajinal göbələyin təbii müalicə üçün immunitet sistemini gücləndirən bal, qoz, fındıq kimi qidalarla bəslənin.
Gündə 8 stəkan su çin.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 144 679
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri