Mensturasiyanız nizamsızdırsa,bu POLİP simptomu ola bilər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 3 218
Səs ver:
(səs: 1)
Hər yaşda görülə bilər
Poliplər tez-tez "endometrium" adı verilən rahim iç pərdəsində bəzən də rahim ağzında ortaya çıxan adətən kiçik, çox vaxt yaxşı xasiyyətli kütlələrdir. Bətnin iç təbəqəsində qalınlaşaraq bətnin içində yaranan ət parçası olan polip, qadınlarda menopauza dövrü ərəfəsində görüldüyü kimi, bu prosesdən sonra da təsirli ola bilər. Ölçüləri adətən 1-2 sm qədər olmaqla birlikdə, bəzən 10 sm ölçüyə qədər çatır. Poliplərin xərçəng olma nisbəti olduqca azdır. Çox vaxt ciddi sağlamlıq problemlərinə səbəb olmazlar, ancaq xüsusilə adət dövriyyəsində pozulmağa səbəb ola bilmək üçün diqqətə alınmalıdırlar. Bununla yanaşı,süd vəzi xərçəngi müalicəsi görən qadınlarda rəhm içi polip əmələ gəlməsinə tez-tez rast gəlinir. Bəzi tədqiqatlar genetik keçidli olduğunu bildirir.

Sonsuzluğa səbəb ola bilər.
Rəhim içi polipləri ümumiyyətlə heç bir simptom vermədən irəliləyər,ancaq adət nizamsızlığı əlamətlərin başında gəlir. Digər şikayətlər arasında uzun müddətin, intensiv şəkildə olan adət qanları və ara qanaxmalardır.Ayrıca iki adət dövrü arasında ləkə götürmələr, uzun vajinal axıntılar və qəhvəyi axıntılar görülə bilər. Poliplər cinsi əlaqə sonrası qan sızmağa və ağrıya yol aça bilər. Rəhim içində yerləşən poliplər hamilə qalmama və erkən doğuma da səbəb olur.

Nizamlı ginekoloji müayinələriniz ləngitməyin
Özündə polip əlamətləri olduğunu fərq edən qadınların vaxt itirmədən həkimə müraciət etməsi vacibdir. Bunun yanında poliplər bəzi xəstələrdə heç bir şikayətə səbəb olmaya bilər. Bunun üçün müntəzəm ginekoloji müayinələr qadınlarda bu cür narazılıqların müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Rahim ağzında yaşayış göstərən poliplər müayinə əsnasında müəyyənləşdirərkən, rəhm içindəki poliplərin diaqnozu üçün adət dövründə ultrasəs aparılması yetərli olur. Bəzən diaqnoz 3 ölçülü ultrasəs, rəhim filmi və ya rəhim içərisinə sterilləşdirilmiş su verilərək dəqiqləşdirilir.

Histereskopiya ilə komfortlu bir şəkildə müalicə etmək
Rəhim daxili qılafı və rahim ağzında meydana gələn poliplərin müalicəsi "Histereskopiya" adı verilən üsulla ilə asanlıqla aparılır. Bu proses lokal ya da ümumi anesteziya altında aparılır və təxminən 15-20 dəqiqə çəkir. Qarın bölgəsinə kəsik aparılmadan bir kamera ilə girilir və vajinal yolla uşaqlığa çatılaraq polip kökü ilə birlikdə çıxarılır. Bu zaman alınan parça araşdırma məqsədilə patoloji qiymətləndirməyə alınır. Yüksək bir nisbətdə patologiya nəticəsinə görə pis xasiyyətli bir rahatsızlıq görülməz. Nadir hallarda olsa da, poliplər təkrar əmələ gələ bilər. Hər hansı bir problem olmasa da illik ginekologiya müayinələrin əhəmiyyətli olduğu ağılda tutulmalıdır.Polip müalicəsi, erkən diaqnoz və düzgün planlaşdırma sayəsində uğurla həyata keçirildikdə; adət nizamsızlığı, cinsi əlaqə sonrası qanaxma və ağrı ilə sonsuzluq kimi problemlər də aradan qalxır.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri