Vaginizm haqqında doğru bildiyimiz 9 yanlış

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 4 007
Səs ver:
(səs: 0)
Vaginizm olan qadınlar frigiddir!
Bu tərif, cinsi soyuqluq - cinsi narazılıq mənasına gələn, incidən bir termindir. vaginizm olan çoxu qadının cinsi istək mövzusunda problemi yoxdur. Seks əsnasında ağrı duyan və narahat olan bir qadının,seksdən çəkinməsi təbiidir.

Vaginizm zamanla düzəlir!
Vaginizm, öz-özünə düzəlmir. Müalicə olmağı tələb edir. Erkən müalicəyə başlanması, nəticənin daha tez alınmasını təmin edir. Ən pisi bu vəziyyəti qəbul edərək yaşamağa davam etməkdir, ya da əksəriyyətin özü kimi olduğunu düşünməkdir.

Özünü zorlayaraq da olsa sınağa davam etmək lazımdır!
Ağrı və narahatlıq varkən əlaqəyə girməyə çalışmaq, yalnız vəziyyəti daha da pis edər. Zorlamanın faydası yoxdur. Müalicə prosesinə daxil olana qədər cinsi əlaqə sınağı etməmək lazımdır.

Vitaminlər, zəifləmə dərmanları, spirt, cinsi məzmunlu film izləmək vaginizmi müalicə edir
Bunların heç biri vaginizmi müalicə etməz. Ancaq əsas müalicəyə dəstək ola bilər.

Seks sırasinda ağrı olması, gözlənilən bir haldır!
Bəlkə ilk cinsi münasibətdə bir qədər narahatlıq duymaq olar amma davam edən ağrılı cinsi münasibətdə normal deyil, müalicə tələb edir.

Uşaqlıq yolunun dar olması vajinismusa yol açır!
Vaginizmdə, vajinal əzələlərin istəksiz gərilmələri söz mövzusudur. Bu vəziyyət cinsi əlaqəni mümkünsüz edir. Normal bir qadında, uşaqlıq yolu fiziki olaraq əlaqəyə mane olmaz və genişlənmə gücünə malikdir.

Vaginizm müalicə edilməz!
Tamamilə yanlış, vaginizmi yüksək səviyyədə müalicə etmək olar.

Cərrahi müdaxilə problemi həll edə bilər!
Bu xəstəliyi müalicə edəcək cərrahi bir təcrübə yoxdur. Müalicə ancaq bir proqram daxilində keçirilə bilər. Nadir hallarda cərrahı müdaxilə tələb edən hallar olsa da, bunlar çox nadirdir.

Vaginizmli qadınlar keçmişdə cinsi istismara məruz qalmışlar
Vaginizmin altında yatan fiziki və duyğusal bir çox problem ola bilər. Cinsi istismar bunlardan sadəcə biridir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri