Genital bölgənizin sağlamlığına daim nəzarət edin

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 174
Səs ver:
(səs: 3)
Uşaqlıq yolu xəstəlikləri necə ayırd edilir?
Dərinizi və ya sinənizi dəyişikliklər baxımından necə özünüz müayinə edirsinizsə uşaqlıq yolunuzu da müayinə etməlisiz. Uşaqlıq yolu problemlərini kontrol etmənin yolu ayda bir öz özünüzə uşaqlıq yolu müayinəsi etməkdir.

Niyə öz özümə uşaqlıq yolu müayinəsi etməliyəm?
Öz özünüzə uşaqlıq yolu müayinəsi bir problemi işarə edə bilən hər hansı bir dəyişikliyin hiss etməyinizə yardımçı ola bilər. Əgər əvvəldən bir uşaqlıq yolu problemi keçirsinizsə bu müayinə daha da vacibdir. Uşaqlıq yolu dəyişikliklər xərçəngin erkən bir tapıntısı ola bilər.

Öz özümə uşaqlıq yolu müayinəsi edərkən nə axtarmalıyam?

Uşaqlıq yolunuzu müayinə edərkən bunları axtarmalısınız:

Qızartı
Şişmə
Tünd və ya açıq məqamlar
Su ilə dolu qabarcıqlar
Çıxıntılar
Başqa hər hansı bir dəyişiklik

Hər hansı bir dəyişiklik görsəniz və ya keçməyən şikayətiniz varsa həkiminizə söyləyin. Şikayətlər aşağıdakılardır:
Qaşıntı
Qanaxma
Narahatlıq
Yanma
Qoxu
Mütəmadi olaraq özünüzü nəzarət etsəniz bir problem çıxdığı təqdirdə erkən mərhələdə təsbit etmə ehtimalınız daha çoxdur.

Xarici genital bölgə gigiyena və qulluğu
Bəzi uşaqlıq yolu problemlərini aradan qaldırmaq və ya təkrar yaranmalarını qarşısını almaq üçün həkiminiz aşağıdakıları etməyinizi istəyə bilər:

Uşaqlıq yolu təmiz və quru saxlayın
Sıx alt paltarı və ya şalvar geyinməyin. Sadəcə, pambıqlı alt paltarı geyinin.
Yuxarı hissəsi pambıqdan olan kaprob corablar geyinin
Dezodorantlı və ya plastik örtməsi olan bez və ya tampon istifadə etməyin.
Ətirli sabun və ya ətirli tualet kağızı istifadə etməyin.
Vajinal duş, sprey və ya talk kirşanı istifadə etməyin.
Sıx oturan geyimlərlə yatmayın.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 174
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri