Arıqlamaq üçün istifadə edilən dərmanlar sonsuzluq və xərçəng yaradır

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 380
Səs ver:
(səs: 0)
Son zamanlar həm arıqlamaq üçün satılan dərman preparatlarının, həm də onlardan istifadə edənlərin sayı çoxalıb. Saytlarda da yer alan müxtəlif reklamlarda bir neçə gün ərzində insanların artıq çəkidən xilas ediləcəyi deyilir. Ancaq mütəxəssislər arıqlamaq üçün satılan dərman preparatlarının çox ciddi xəstəliklərə-xərçəng və sonsuzluq yaratdığına diqqət çəkirlər. Həmin dərmanların təsiri özünü bir neçə ildən sonra göstərdiyinə görə istifadə edənlər də onun mənfi təsirindən uzun müddət xəbərsiz olurlar. Dietoloq-terapevt Ləman Süleymanova deyir ki, sözügedən dərmanların fəsadları bununla da bitmir və gələcəkdə bir sıra problemlərə yol açır. Tibb Universitetinin qadın xəstəlikləri kafedrasının assistenti Səmayə Əliyeva isə bildirir ki, arıqladan vasitələr sonsuzluğa, xərçəngə, hətta ürəyə ciddi zərər verdiyi üçün bu dərmanlardan istifadə həkimlər tərəfindən qadağan edilir. Yəni Səhiyyə Nazirliyi bu cür dərmanların istifadəsinə tam qarşıdır və heç kəsə məsləhət görmür.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri