Eldar və Nigar Kiyevdə çıxış ediblər – VİDEO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 342
Səs ver:
(səs: 0)

 
Eldar və Nigar Kiyevdə çıxış ediblər – VİDEO

Azərbaycanın "Eurovision-2011”dəki təmsilçiləri Eldar və Nigar Balkan musiqisinin əfsanəsi Qoran Breqoviç və 2004-cü il "Eurovision" yarışmasının qalibi, ukraynalı müğənni Ruslana ilə Kiyevdə təşkil olunan canlı konsertin səhnəsini bölüşüblər.

Qoran Breqoviçin konsertində çıxış edən təmsilçilərimiz bundan zövq aldıqlarını bildiriblər. Qeyd edək ki, musiqiçi və bəstəkar Qoran Breqoviç Balkan pop musiqisini tamamilə dəyişərək Avropa musiqisini yeni səviyyəyə qaldırıb. Breqoviç 2008-ci ildə Belqradda keçirilən "Eurovision" müsabiqəsinin açılış mərasimində çıxış edib. O, eləcə də Serbiyanı "Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək mahnının bəstəkarıdır.

Eldar və Nigar Kiyevdəki konsertdə "Running Scared” mahnısını ifa edərək 4500-dən artıq tamaşaçının rəğbətini qazınıb. Cütlük eyni zamanda konsertdə xüsusi qonaq kimi çıxış edən "Eurovision-2004”ün qalibi Ruslana ilə görüşüblər.

Ukraynalı müğənni Azərbaycan təmsilçilərilə bağlı fikirlərini bölüşüb. "Düşünürəm ki, bu cütlük "Eurovision" səhnəsində uğur əldə edəcək. Onların böyük potensialı var”-deyə Ruslana bildirib.
 

 



(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 342
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri