Mayın 14-də "Nizami” Kino Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin "Azərbaycanın 8 möcüzəsi” adlı xüsusi layihəsi çərçivəsində hazırlanan və "Şirvan Milli Parkı”ndan bəhs edən filmin təqdimatı olub.
Qadınlar.Biz-in məlumatına görə, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyeva da iştirak edib. L.Əliyeva özü ilə əkizləri Əli və Mikayılı da aparıb. (axşam az)