Leyla Əliyeva əkizləri ilə Bakı Zooloji Parkında - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 435
Səs ver:
(səs: 1)
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooloji Parkında saxlanılan pələng üçün quraşdırılmış yeni qəfəsin açılışında iştirak edib.

L.Əliyeva Bakı Zooloji Parkına əkizləri Əli və Mikayılla birlikdə gəlib. O, burada heyvanların saxlanma şəraiti ilə tanış olub.

Bu qəfəs Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə pələngin yaşayış şəraitini yaxşılaşdırmaq üçün quraşdırılıb.

Leyla Əliyeva zooparkda pələngin qeyri-qənaətbəxş şəraitdə saxlanması və bununla əlaqədar tədbir görülməsi xahişi ilə bağlı Bakı sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bu nadir heyvan növü üçün müasir tələblərə cavab verən yeni qəfəsin quraşdırılması təşəbbüsü ilə çıxış edib.

Sonra Leyla Əliyeva Bakı Zooloji Parkında digər heyvanların saxlanma şəraiti ilə tanış olub, təklif və tövsiyələrini bildirib.

 

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri