Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm
dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas
mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər
klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə
təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq
olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi
dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də
iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol
oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran
Sasani imperiyası (224-65) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha
III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq üçün
Varaz-Qriqora hərbi yardım məqsədilə müraciət edir. Alban ordusu başında
Varaz-Qriqorun oğlu Cavanşir durur. 630-642-ci illərdə o ərəblərə qarşı
müharibələrdə iştirak etmiş, 637-ci ildə Kadisiyadakı döyüşdə
göstərdiyi şücaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və
hədiyyələrlə təltif edilmişdir. XV əsrin ikinci yarısında Ərdəbil və
onun ətraf əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx
Səfinin (1252-1334) varisləri tərəfindən idarə edilirdi. Onlar və
tərəfdarları islamın şiə məzhəbini qəbul etmiş və on iki şiə imamına
ibadət edirdilər. Bu səbəbdən onlar başlarına on iki zolaqlı çalma
taxırdılar. Məhz buna görə də onlara Səfəvilərlə yanaşı, həm də
Qızılbaşlar da deyirdilər.